Dəməşqdə məscid yaxınlığında avtomobil partladılıb: beş ölü, 46 yaralı

Dəməşqdə məscid yaxınlığında avtomobil partladılıb: beş ölü, 46 yaralı

Suriya paytaxtının cənubunda məsciddə park edilmiş taksi avtomobilində partlayıcı qurğu işə düşüb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, avtomobilin partlaması nəticəsində 5-dən çox adam ölüb, daha 46 nəfər yaralanıb.

Qurbanlar arasında qadınlar və uşaqlar da var.

Bu, son iki gündə şiələrin Seyyidə-Zeynəb məscidində baş verən ikinci partlayışdır. İyulun 25-də təxminən eyni yerdə naməlum şəxslər tərəfindən motosiklet partladılıb, iki nəfər yaralanıb.

Ölənlərin sayının artacağı istisna edilmir.

Xəbəri paylaş

VİDEOLAR