İran Suriya ilə münasibətlərini inkişaf etdirməyə davam edir. İki ölkə arasında məhkəmə sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Az.rasthaber.com xəbər verir ki, İranın ədliyyə naziri Emin Hüseyn Rəhimi və Suriyanın ədliyyə naziri Əhməd Avez əl-Sayed məhkəmə idarəçiliyi təcrübələrini bölüşmək üçün anlaşma memorandumu imzalayıblar.
İmzalanma mərasimində İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri də iştirak edib.
İranın ədliyyə naziri Emin Hüseyn Rəhimi və onu müşayiət edən nümayəndə heyəti Dəməşqdə təmasları çərçivəsində Suriyanın xarici işlər naziri Feysal Mikdad və Xalq Məclisinin sədri Hammuda Sabbaq ilə görüşüb və ikitərəfli əlaqələri müzakirə ediblər.