İsrail qüvvələrinin sərt müdaxiləsi nəticəsində bir fələstinli gənc həyatını itirib

İsrail qüvvələrinin sərt müdaxiləsi nəticəsində bir fələstinli gənc həyatını itirib

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhərindəki Əl-Ayn adlı qaçqınlar düşərgəsinə etdiyi basqın nəticəsində bir fələstinli gənc həyatını itirib.

Az.rasthaber.com xəbər verir ki, şahidlərin məlumatına əsasən, İsrail əsgərləri Əl-Ayn qaçqınlar düşərgəsinə basqın edərək bir evi mühasirəyə alıblar.

Basqına reaksiya verən fələstinlilərlə İsrail qüvvələri arasında qarşıdurma yaşanıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin Nablusda həyata keçirdiyi hücumda 23 yaşlı Məhəmməd Neda adlı gəncin sinəsindən yaralanaraq öldüyü bildirilib.

Yerli mənbələr İsrail qüvvələrinin bölgədən çıxmazdan əvvəl bir fələstinlini də saxladığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR