Əfqanıstanda sel fəlakəti: Onlarla ölü var

Əfqanıstanda sel fəlakəti: Onlarla ölü var

Əfqanıstanda sel fəlakətində 22 nəfərin həyatını itirdiyi, 40 nəfərin isə itkin düşdüyü bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Avapress xəbər saytının məlumatına görə, Əfqanıstanın Maydan Vardak vilayətində güclü yağışlar daşqınlara səbəb olub.

Yerli mənbələrdən verilən açıqlamada seldə 22 nəfərin həyatını itirdiyi, 40 nəfərin isə itkin düşdüyü bildirilib.

Bölgədə sel fəlakətində evlərə və əkinçilik sahələrinə ziyan dəydiyi öyrənilib.

Əfqanıstanda uzun illərdir davam edən münaqişə mühiti səbəbindən ölkə daxilində infrastrukturun inkişaf etdirə bilməməsi təbii hadisələrin təsirini artırır və ciddi insan itkilərinə səbəb ola bilər.

Xəbəri paylaş

VİDEOLAR