Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd İranla bağlı açıqlamasında iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd ərəbdilli CBC telekanalına müsahibəsində İranla bağlı mühüm açıqlama verib.
Tehran-Qahirə əlaqələrinin davam etdiyini qeyd edən Əbu Zeyd iki ölkə arasında əlaqələrin heç bir mərhələdə kəsilmədiyini və bir çox sahələrdə irəliləyiş əldə etdiklərini bildirib.
Əhməd Əbu Zeid, "İran regionda böyük bir ölkədir. Ona görə də biz İranla müsbət münasibətlərin tərəfdarıyıq", - deyə bildirib.