Əlcəzairdə sərnişin avtobusunun avtomobillə toqquşması nəticəsində 34 nəfər həlak olub.
Az.rasthaber.com xəbər verir ki, Əlcəzair Mülki Müdafiə Qüvvələrinin sosial media hesabından verilən məlumata görə, qəza səhər saatlarında Tamanrasset əyalətində milli yolda baş verib.
Qəzaya uğrayan sərnişin avtobusu və avtomobil yanaraq yararsız hala düşüb.
Qəzada 34 nəfər ölüb, 12 nəfər yaralanıb.