Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

İraqdakı etirazlar haqda

İraq bu qarışıq siyasi sistemlə problemləri həll edə bilməz

 İraqda inflyasiya, işsizlik, korrupsiya, aclıq, fəqirlik, rüşvət kimi iqtisadi problemlərdən qaynaqlanan etirazların qarşısı alına bilmir.

Nazir korrupsiyaya bulaşıb, məmur rüşvət yeyir, hakim hüququ icra etmir, siyasətçi kreslosunu qorumaq üçün haqqı söyləmir, iş yoxdur, yemək yoxdur. Xalq bu kimi problemləri hökümətin həll etməsini gözləyir. 

Daha dəhşətlisi bütün bu problemləri həll etmək üçün məsuliyyəti üzərinə götürəcək məsul yoxdur, məsuliyyəti üzərinə götürəcək igid yoxdur. Heç kəs bu problemləri yaradan səbəbləri tapmaq düşüncəsində deyil.

 

Xalq buna etiraz edir və etirazlarını küçələrdə etməyə başladı. İraqdakı etiraz birinci ayını doldurdu. Amma heç kəs çarə tapa bilmir.

Bəziləri bu etirazlardan sui-istifadə edərək etirazların yönünü fərqli yönə dəyişdirmək istəyir. İmperialist güclər bu durumu öz xeyirlərinə çevirmək üçün əllərindən gələni edirlər. Belə bir durumda xalqın istəklərini qəbul edib xalqın problemlərini həll etmək əvəzinə xarici gücləri ittiham edərək, gizli agentlərin etdiyini demək problemləri həll etməz. Bunlar ittihamlardan qaçmaq üçün çox adi bir qaçış yoludur. Bir tərəfdən İraqın siyasi iqtisadi mədəni və hüquqi problemləri siyasi qalmaqalların girdabında itmiş, digər tərəfdən İraqın qarışıq siyasi yapısının bu problemləri doğurduğunu heç kəs görmək istəmir.

İraqın qarışıq siyasi quruluşu

İraqın siyasi quruluşu etnik və məzhəbi qruplara görə şəkilləndirib. Prezident kürd, baş nazir şiə və parlament sədri sünni olacaq şəkildə planlanıb. 2003-cü ildə Amerikanın İraqı işğalında siyasi və məzhəbi qruplar arasında əldə olunan bu razılıq, etibarlılığa girdiyi gündən bəri konstutusiyadan daha güclü bir yapıya malikdir. Kimsə toxunmağa cəsarət edə bilmir. Elə bir yapıya malikdir ki, kimsə bu çərçivənin kənarına çıxa bilmir. İraqda Amerika tərəfindən yaradılan bu təhrif olunan quruluş – siyasi yapı daha öncə Livanda, Fransızlar tərəfindən yaradılan siyasi quruluşun eynisidir. Əlbəttə Amerika tərəfindən İraqa yürüdülən bu siyasi quruluş Konstutusiyada yer almamaqdadır. Amerikanın yürütdüyü bu sistem təkcə qanunverici, icra və məhkəmə sistemində deyil, bütün sahələrdə; hərbi, polis, nazirliklər, səfirliklər, universitet məmurları, müdirlər, iqtisadi qurumlar, banklar – bütün dövlət müəssisələrində tətbiq olunur.

 

Bu siyasi yapı  elə bir şəkildə qurulmuşdur ki, işlərin arzu olunduğu kimi getməsi daima əngəlliyəcəkdir. Çünki bu problemin həll edilməsi üçün bütün tərəflərin səsbirliyi lazımdır. Misal üçün İraqın bir şəhərində bir plan həyata keçiriləcəksə, hər qrupun “hə” deməsi lazımdır. Buna görə də, İraqda siyasi, təhlükəsizlik və iqtisadi böhran və xaoslar heç əksik olmur. Yəni İraqdakı bu siyasi yapı ay çoxluğuna görə, qurulmamışdır və xalqın səsilə həyata keçirilmir.

Bütün seçkilər konstutusiyada yer almayan adı qoyulmamış bu təhrifedilmiş siyasi sistemə görə keçirilir.

Səddam zamanından bəri Amerika tərəfindən Şimali İraq kürdlərin əlindədir. Şimali İraqda müxtar – yarı müstəqil bir quruluşları olan kürdlər eyni zamanda İraq parlamentində təsirlidirlər. İraq parlamentində bütün İraq üçün verilən qərarlarda  fikirlərini bildirərək müəyyən dərəcədə təsiredici gücə malikdirıər, amma ümumi qərarlara Şimali İraq əməl etmək məcburiyyətində deyil.

İraq üçün ayrılan büdcənin 17 faizi Şimali İraqa verilməsinə baxmayaraq, kürdlər dövlətə vergi verməkdən azaddırlar. Şimali İraqın gəlirindən mərkəzi dövlətə heç bir şey çatmamaqdadır.

Şimali İraqdakı gəlirlər tamamilə bu Müxtar Kürd dövlətində şəhirləşmə, xalqın iqtisadi, elm-təhsil, təhlükəsizlik sahələrindəki ehtiyaclarını təmin etmək üçün xərclənir. Şimali İraqda korrupsiya, rüşvət, işsizlik kimi iqtisadi problemlər və terror siyasi qruplar arasında ixtilaf üzündən yaranacaq təhlükəsizlik problemləri Amerikanın nəzarətində olduğu üçün tez bir zamanda həll edilir. Buna görə Şimali İraqda sakitlik hakimdir.

İraqın şimalında yaşayan sünni aşirətlərdə də bir problem yoxdur. Mərkəz və şiələrin çoxluq təşkil etdiyi cənubi İraqda sosial ədalətin hakim olmasını əngəlləyən faktorlardan biri yuxarıda ərz etdiyim qarışıq siyasi yapıdır. Bu sistem şiələrin çoxluq təşkil etdiyi mərkəzdə və cənubda güc toqquşması və məsuliyyət boşluğunu doğurmaqdadır. Bu şeylər də olunca ölkənin zənginliklərinin dağıdılmasında ədalətsiz paylaşım meydana gəlir. İşsizlik, fəqirlik, oğurluq və digər neqativ şeylərin önü açılmış olur. Nəticədə ədalətsizlik və hüquqsuzluq qaçılmaz olacaqdır.

Xalqın bu durumdan narahat olması, etirazlara qalxmasının əsil səbəbi bu qarışıq siyasi yapının doğurduğu iqtisadi problemlərdir. Bəziləri də gəlib bu vəziyyətdən istifadə etməyə can atacaqdır.

Amerika kuklası Səddamın rəhbərlik  etdiyi Bəəs rejimini devirdiyində İraq xalqı bayram edirdi, İraqa hakim olan bu sistemin hansı problemlər yaradacağını görə bilməyən xalq, məsləhətə görə susan siyasətçilər, istəməyərəkdən də olsa təsdiq edən dini rəhbərlər bu günləri hesablamalı idilər. Amerika atasının xeyrinə Bəəs rejimini devirmədi, etdiyinin qarşılığını əlbəttə alacaqlar.

Hal hazırda İraqdakı siyasi, etnik və məzhəbi yapı belə şəkillənib;

-       Şimali İraqda rəsmən qəbul edilməsə də feli olaraq Kürd dövləti qurulub

-        Qərbi İraqda Sünni aşirətlər rəsmi olaraq ayrılmasalar da öz bölgələrində duruma hakim olublar

-       Mərkəzi və Cənubi İraqda Şiələr, siyasi, dini, hərbi qruplarla birlikdə İraqı idarə etməyə çalışırlar

 

İraqın siyasi və suverenliyinin təmin olunması əngəllənmiş; Şimali İraqda Kürd dövlətini qurmuş, şiə və sünnilər arasında təfriqə salmış, şiə qrupları bir birinə qarşı qoyaraq aralarında təfriqə toxumu səmpişdir...

ABŞ Şimali İraq Kürd dövləti üzərindəki nüfuzunan başqa İraqdakı hərbi bazaların varlığını davam etdirir. Həm siyasi həm iqtisadi həm də hərbi olaraq İraqı idarə edir və istila etməkdədir.

İraqda şiə siyasi və dini rəhbərlərin nüfuzunun güclü olması düşüncəsinin bir həqiqəti yoxdur. Nüfuzlu qəbul edilsə də ancaq fiqhi və ibadi sahədə keçərlidir. Siyasi, iqtisadi, mədəni sahələrdə hesab edildiyi qədər təsirləri yoxdur.

ABŞ İraqa hələ də hakimdir, bəzi kiçik mənfəətlərindən vaz keçməsi Amerikanın çəkilmə düşüncəsini yaratsa da, Amerikanın İraqdakı nüfuzunu bu şərtlərlə aradan aparaq mümkün deyildir.

Amerikanın maraqları təhlükəyə düşərsə İraqın qarışması qaçılmazdır.

Bəs bu olaylar bu zamanda niyə meydana gəldi?

Halbuki ABŞ İraq hökümətindən narahat deyil, istədiyini zatən almış və almağa davam edir.

İraq, İran dəstəkli müqavimət cəbhəsilə ABŞ mərkəzli müstəkbir cəbhənin müharibə etdiyi meydan kimidir. Amerikanın bölgədə mənfəətləri təhlükəyə düşdüyü anda bölgəni qarışdırması, bölgə ölkələrinin yumşaq qarınlarını bildiyi üçün problem – yaralarını qaşıması qaçılmaz olacaqdı

 

Amerika Suriya və İraqda məğlub olmağa başladığı gündən bəri problemləri qaşımaqda və xalqı təhrik etməkdədir, İraqın qarışıq siyasi sisteminin da bunun üçün əlverişli olduğunu bilir, çünki bu yapını özləri qurublar.

Son olaraq Amerikanı narahat edən Adil Abdulmehdi hökümətinin atdığı addımlardır. Adil Abdulmehdi höküməti qurulduğu hündən etibarən atdığı addımlar aAmerika və müstəkbir cəbhəsinə böyük zərbələr vurdu. Amerika atılan addımlara əngəl olmaq istəsədə bu məsələdə bacarmadı.

Adil Abdulmehdi hökümətinin Amerikanı narahat edən addımları;

-       İrana qarşı tətbiq edilən embarqoya əməl etməyəcəyini elan etməsi və İran ilə 20 milyard dollarlıq iqtisadi saziş imzalaması,

-       Haşdi Şabi güclərinə edilən hava hücumlarının siyonistlərin etdiyini rəsmi olaraq elan etməsi, Amerikanın bütün israrlarına baxmayaraq geri addım atmaması

-       Suriya-İraq marşrutu ilə İrandan Livana qədər sərhədlərin açılmasını təmin etməklə sionistlərin bütün planları alt-üst olmuşdur

-       Çin ilə 50 milyard dollarlıq anlaşma imzalaması

-       Amerika PUA-sının Fars körfəzində vurulması ilə Amerika etibarının zədələnməsi və Ingilis gəmilərinin saxlanılmasıyla ingilislərin zərbəalması və müqavimət cəbhəsinin bölgədə güclənməsi istikbar cəbhəsinin həzm edə bilməyəcəyi şeylərdir.

 

İstikbar cəbhəsi aldığı bu zərbələrin intiqamını almaq üçün İraq xalqının küçələrə axın etməsini fürsət biləcər İraqı qarışdırmağı ən uyğun seçim olaraq görür.

Xalq etirazları fürsətə dönə biərmi?

İraqdakı bu etiralar əslində böyük bir fürsətə dönüşə bilər; dini, siyasi, akademik və hərbi qruplar bir araya gələrək ortaq əqli istifadə edib əsaslı bir dəyikliyə gedə bilərlər.

Üzərində ittifaq edib istədikləri dəyişikliklər;

-       Məzhəbi və etnik ayrıseçkiliyin aradan qaldırılması

-       Siyasi yapının yenidən gözdən keçirib xalqın seçiminə bağlı olması

-       Etnik və məzhəbi paylaşımın yox edilməsi

-       Etiraz edənlərin qınanması yerinə etirazları yaradan problemlərin həll olunması

-       Problemlərin qaynağı olan məsuliyyət boşluğunun aradan qaldırılması və məsuliyyət alan yapının qurulması

-       Dini mərcəiyyətin effektivliyini və səlahiyyətlərinin artırılması üçün dəstək veriləsi

Bu fürsət dəyərləndirilməsə və eyni siyasi qarışıq yapı ilə davam olunsa yaxın illərdə eyni xaos və qarışıqlığın çıxması qaçılmaz olacaqdır. Problemlərin üstünü örtmək və günahı xarici güclərə bağlamaq həll yolu deyildir.

Xəbəri paylaş

Yazarın bütün yazıları