Fələstin müqaviməti bir çox həqiqətləri üzə çıxardı. Uzaqgörən insanlar Fələstin müqavimətinin çox sakit və dinc şəkildə, heç bir narahatlıq olmadan öz azadlıqlarına doğru irəlilədiyini görür və Fələstin azadlıq hərəkatının heç vaxt bu qədər güclü olmadığını bəyan edirlər.
Çünki:
1. Sionistləri acizləşdirməsi: Sionist rejim ən güclü olduğu bir zamanda Fələstin müqavimətindən qorxaraq gizləndi və saxta xəbərlərə sığındı; ABŞ, Aİ ölkələri və BMT-yə bütün qurumları ilə dəstək verilməsi zərurəti Fələstin müqavimətinin sionistləri nə qədər aciz etdiyini göstərir.
Qərbin əməl/fəaliyyət planında meydançaya çıxmaqla sionist rejimi xilas etmək cəhdi, hər cür dəstəyi verəcəyini bəyan etməsi, hətta öz ölkələrində Fələstin üçün hərəkətləri qadağan etməsi; Bu, Fələstin müqavimətinin qlobal miqyasda uğurunun göstəricisidir.
Sionist rejim heç vaxt bu qədər təhlükə hiss etməmişdi və heç vaxt bu qədər ciddi yaşamaq problemi yaşamamışdı.
Fələstin müqavimətinin sionist rejim və onun tərəfdarlarının qorxu və narahatlığına səbəb olması, onları təcavüzkarlıqlarını artırmağa və müqaviməti məhv etmək üçün səy göstərməyə sövq etməsi müqavimətin nə qədər güclü olduğunu ortaya qoyur.
2. Başqa bir uğur dünyanı iki yerə bölməsidir: Fələstin müqaviməti xətləri aydınlaşdırmağa imkan verdi. Onları iki yerə böldü: sionistlərin tərəfində olanlar və Fələstinin tərəfində olanlar. Bu iki qrup öz tərəflərini müəyyən edərkən neytral qalan münafiqlər var ki, onlar ortada qalıb, heç kim onları nəzərə almır.
Keçmişdə olduğu kimi, indi də Fələstin münafiqlərin maskasını açıb; Kimin əsl köməkçi, kimin yalançı olduğu ortaya çıxdı. Fələstin əsl dostlarını tanıdı və kimin onların tərəfdarı, kimin isə Fələstinin əleyhinə olduğunu öyrəndi.
3. Başqa bir uğur ondan ibarətdir ki, dünənə qədər onun tərəfində başqa heç kim olmadığı halda Fələstin müqavimətinə qoşulmaq və Fələstinin azadlığı uğrunda mübarizə aparmaq istəyən ölkə və qrupların meydana çıxması Fələstin müqavimətinin nə qədər güclü və hörmətli olduğunu göstərir.
4. Fələstin müqaviməti son addımı ilə siyasi analitikləri və hərbi strateqləri heyrətə saldı. Onlar hər gün yeni analitik hazırlamalıdırlar. Bəzi siyasi fantaziyalarla, uydurma hərbi və xəyali təhlillərlə insanları manipulyasiya etməyə çalışırlar.
Diqqət edilməli olan əsas şey budur:
Qələbə və məğlubiyyət Allahın sünnəsində və bəşəriyyətin siyasi və hərbi ehkamlarında fərqli qiymətləndirilir. Güclü və zəiflik fərqli şəkildə şərh olunur.
Qərb dünyasında güc və zəiflik silah, pul və mediadır.
Allahın sünnəsində qüdrət iman, iradə, cəsarət, istiqamət və müqavimətdir. Zəiflik qorxu, narahatlıq və təslim olmaqdır.
Uğur və güc torpaq əldə etmək və ya itirməkdən ibarət deyil. Bizim dövrümüzdə torpaq alanlar da olub, itirənlər də. Torpaq qazanıb şərəf və ləyaqətini itirənlər də, torpaq alıb sionizmin qucağına düşənlər də, torpaq qazanıb azadlığını itirənlər də az deyil.
Fələstin müqaviməti torpaq itirərkən belə qalib gəlməyin nə demək olduğunu ortaya qoyur.
Hz. İbrahimin (ə) ən güclü olduğu dövr hər şeyini itirib oddan xilas olduqdan sonra qorxmadan və təslim olmadan Nəmrudla döyüş meydanına çıxdığı vaxt idi. Allah məhz bu anda milçək ordusunu göndərdi və Nəmrudu və ordusunu məhv etdi.
Hz. Musanın (ə) ən güclü olduğu an dəniz kənarında Firon ordusu tərəfindən mühasirəyə düşdüyü zaman Misir torpağını itirib Allaha pənah gətirdiyi vaxtdır. O zaman İlahi kömək gəldi, dənizi yarıb xilas oldu, lakin Firon və ordusu eyni dənizdə məhv oldu.
Qeybdən Allahın yardımını gözləmək, milçək ordusunu gözləmək, dənizin ayrılmasını gözləmək, Əbabil quşlarını gözləmək zəiflikdən deyil, vəzifəsini yerinə yetirməsinə baxmayaraq hər şeyi itirdikdən sonra Allaha sığınmağı bilməkdəndir.
Bu səbəb və amillərə görə Fələstin müqaviməti heç vaxt bu qədər güclü olmayıb.
Səbahəddin Türkyılmaz