Xəbər mənbələri bildirir ki, İsrail rejimi qüvvələrinin son aylarda xüsusilə Suriyanın cənubundakı ərazilərə təkrarlanan təcavüzləri nəticəsində minlərlə suriyalı ailə didərgin düşüb.
İngiltərədə yerləşən bir tədqiqat mərkəzinin hesabatında bildirilir ki, sionist rejim və ABŞ İrana qarşı son müharibənin uzanması nəticəsində ciddi böhranla üz-üzə qalacaqdılar və hələlik İranla genişmiqyaslı döyüşə hazır deyillər. Buna görə də, onlar İranla atəşkəsə can atırdılar.
İsrail Radio və Televiziya Təşkilatı HƏMAS-ın Qəzzada israrlı olduğunu etiraf edərək əlavə edib ki, Gideonun arabaları əməliyyatı başlayandan bəri hər 48 saatda bir İsrail əsgəri Qəzzada müqavimət döyüşçüləri tərəfindən öldürülüb.
Azad edilmiş sionist əsirin qardaşı bildirib ki, Qəzza zolağında qalan əsirləri azad etməyin yeganə yolu sionist rejimin HƏMAS hərəkatı ilə razılığa gəlməsidir.