Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

Bayram gününün elan edilməsi imtahan vəsiləsidir

Berlin İmam Rza İslam Mərkəzinin alimi Hüccətül-İslam Şeyx Səbahəddin Türkyılmaz Ramazan ayının görünməsinin və bayram elan edilməsini imtahan olaraq dəyərləndirib.

Şeyx Səbahəddin Türkyılmaz məqaləsində belə qeyd edib:

"Müsəlmanların bayramı birlikdə qeyd edə bilməməsi əsrlər boyu həllini tapmayan sosial problemlərdəndir. 

Məsum İmamın olduğu bir dövrdə bayramla bağlı mübahisə olmaz. Çünki məsum rəhbərin sözü ilahi hökmü bəyan edir, heç bir xəta/səhv yoxdur.

Peyğəmbər və onun canişinləri olan məsum imamlar bunu öz zamanlarında həyata keçirərək müsəlmanları çıxılmaz vəziyyətlərdən və münaqişələrdən xilas etdilər. Lakin məsumların sözünə qulaq asmayan, tağuti sultanlıqlarının fitvasına tabe olanlar həmişə olub.

Qeyb dövrünü yaşadığımız bir neçə əsrdir ki, məsum rəhbərə çatmadığından möminlər arasında ixtilafların olması və bayramın müxtəlif günlərdə keçirilməsi qaçılmazdır.

Müsəlmanlar bayramdan xəbərdar olmalıdırlar. Bu maarifləndirmə işi dini elmlərdə mütəxəssis olan alimlərin vəzifəsidir. Bayramın müxtəlif günlərdə keçirilməsini anlamaq üçün bir neçə məqamı izah etmək lazımdır.

1-Bayramı təsbit etmək məsum rəhbərin vəzifələrindəndir
Məsum imamın varlığının zəruriliyini sübut edən dəlillərdən biri də bayramların müəyyən edilməsidir.

İslamda iki mühüm bayramda vacib əməlləri yerinə yetirmək və harama tabe olmamaq üçün bayram təyin etmək lazımdır.

Birincisi, mübarək Ramazan ayında orucluğun başlanması və Fitr bayramının müəyyən edilməsi, ikincisi isə Zilhiccə ayında Həcc əməlləri və Qurban bayramı üçün ayın birinci gününün elan edilməsidir. 

2-Qeyb dövründə bayram və ictihad

Qeyb dövründə bu iş bütün fiqh məsələlərində olduğu kimi bayramın təyini ilə bağlı da müctəhidlərin fiqhinə buraxılmışdır.

Yalnız məsum rəhbər haqqı bəyan edə bildiyi üçün, müctəhidlərin fətvaları vəzifəni yerinə yetirməkdə ancaq dəlildir, müctəhidlər günahsız olmadığı üçün onların fətvaları ictihada görə fərqli ola bilər. Müqəllidlərdən tələb olunan həqiqəti tapmaq deyil, onlara dəlil olana itaət etməkdir.

Məsum rəhbərlər müctəhidlərin fiqhi müddəalarını ictihad vasitəsilə bəyan etmələri üçün lazım olan resursları, əsasları, prinsipləri, meyarları və materialları təmin etmişlər. Müctəhidlər də ictihad yolu ilə müsəlmanların vəzifəsini bəyan etmək üçün mövcuddurlar.

3-Bayram üçün dini ölçü və ictihad nədir?

Məsum rəhbər Rəsulullah (s) bayramlarla əlaqədar olaraq "Hilalın görünməsinin" şərt olduğunu buyurmuşdur. Buna necə baxmaq fiqh məsələsidir; Bu baxımdan müctəhidlərin fətvaları fərqli ola bilər.

Belə ki:
Üfüqün birliyini qəbul edən,
Üfüq ayrılığını qəbul edən,
Heç nəsiz çılpaq göz tələb edən,
Teleskop kimi bir vasitə ilə görməyi kafi hesab edən,
Dünyanın bir yerində görünsə, başqa yerlər üçün keçərli olduğunu söyləyən,
Şərqdə görünsə, qərbdə də keçərlidir deyən...

Diqqət edilsə, görülər ki, bütün Mercei təqlidlərin fətvasına görə bayram ancaq “Ay görmək”lə olur.

4- Elmi məlumatlar və riyazi hesablamalar Ayın başlanğıcını sübut edirmi?

Elmi məlumatlar və riyazi hesablamalar sübut edir ki, “Tavellud-ul Hilali/Ay doğulmasını” sübut edər, görülməsini yox. Ona görə də riyazi hesablamaların bayramı təyin etmək gücü yoxdur.

Fiqh prinsiplərində Ayın ilk gününü təyin etmək üçün “Ayın doğulması” kifayət deyil, “Ruyet-i hilal” həyata keçirilməlidir.

Müctəhidlərin fətvası “əgər elmi hesabla “ayı görülməsinə yəqin edilərsə” bayram keçirilə bilər” deməkdir, "Ayın doğulmasına yəqin edilərsə, bayram keçirilə bilər" demək deyil.

Odur ki, elmi məlumatlar Ayın göründüyünü sübut edərsə, bu, ancaq sübut ola bilər. Heç bir elm mərkəzi və astronom “Tavellud-ül Hilal”ı/görmək kimi qəbul etmir.

5- Qeybət dövründə bayram mövzusu, qeybətin özü kimi bir imtahandır.

Müsəlmanların bayramı birlikdə qeyd etmələri üçün planlar quranlar və bu mövzuda israr edənlər yanlış planlar qururlar; “Bayram birliyi”, “Müsəlman birliyi”, “millət birliyi” kimi ifadələr sadə insanları dindən uzaqlaşdırır və müctəhidlərin fətvalarının müsəlmanlar arasında ixtilaf salması fikrini doğurur.

Bayramın mövzusu bir sınaqdır. Kim öz müctəhidinin fitvasına əməl etsə, imtahanı qazanmış olar. Öz maraqlarını məktəbin mənafeyindən üstün tutanlar imtahanı uduzacaqlar.

Bu gün Məsum İmam ehtiyaclardan biri də bu bayram mövzusudur. Bu mövzu İmam Mehdi (ə.f) zühuruna qədər həmişə mübahisəli bir mövzu olaraq qalacaq. Çünki müctəhidlərin fətvaları yalnız hüccətdir və hər bir müqəllid öz müctəhidinə tabe olmaq məcburiyyətində olduğuna görə haqq üzə çıxmır.

İmam Mehdi (ə.s)-ın zühuru üçün səy göstərməyimizin səbəblərindən biri də bayramların təsbiti və ixtilafların aradan qaldırılmasıdır.

Xalqı maarifləndirmək və şəriət prinsiplərinə və müctəhidin fətvasına təslim olmaq öyrədilməlidir.

Allah Məsum rəhbər olan İmam Mehdinin (ə.f)  zühurunu tezləşdirsin, bizi isə imtahanlardan üzüağ çıxanlardan qərar versin!

Səbahətdin Türkyılmaz

Xəbəri paylaş

Yazarın bütün yazıları