Bəhreynin İslami Müqavimətinin hərbi qolu olan "Səraya Əl-Əştər" işğal altındakı Fələstin ərazilərindəki "Umm ər-Rəşraş" (Eylat) şəhərində həyati bir hədəfə PUA ilə hücum etdiyini açıqlayıb.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, Bəhreyn İslami Müqaviməti bu gün (şənbə) bəyanat yayaraq əlavə edib: Bu PUA hücumu mayın 2-si cümə axşamı günü PUA ilə və müqavimət göstərən Qəzza xalqına dəstək məqsədilə həyata keçirilib.
Bu bəyanatda bildirilir ki, Bəhreynin İslami müqavimət hərəkatının İsrail rejiminə qarşı əməliyyatı blokada aradan qaldırılmayana və sionist rejimin Qəzza zolağında müqavimət göstərən Fələstin xalqına qarşı hücumlarına son qoyulmayana qədər dayandırılmayacaq.
Bundan əvvəl Bəhreynin İslami Müqavimətinin hərbi qolu olan “Səraya Əl-Əştər” ötən həftə çərşənbə axşamı bəyanat yayaraq, Eylat limanına PUA-larla hücum etdiyini xəbər vermişdi.