HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları bəyan edib ki, İsrail vətəndaşları İsrailin baş naziri Binyamin Netanyahunun şəxsi siyasi maraqları ucbatından əsir saxlanılmağa davam edir.
Az.rasthaber.com xəbər verir ki, Qəssam Briqadalarının Telegram hesabında edilən paylaşımda israilli məhbusların ailələrinə müraciət edilib.
Ərəb və ivrit dillərində hazırlanan yazıda deyilir:
“Övladlarınız hələ də Netanyahunun siyasi maraqlarına görə əsirdir”.
Qəssam Briqadaları sionist İsrailin Qəzzaya hücumları zamanı həlak olan israilli məhbusların sayının 70-i keçdiyini açıqlayıb.