Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

Tağutla məsafə saxlamayan Vilayəti anlamamışdır

İnsanların həyatını iki vilayət formalaşdırır; biri Rəbbin vilayəti, digəri şeytanın vilayəti.

Rəbbin vilayəti peyğəmbərlik və imamət şəklində təzahür edir. Şeytanın vilayəti  tağutların/insan sistemlərinin əli ilə həyata keçirilir.

Rəbbin vəlayətini qəbul edib iman gətirməyin əlaməti şeytanın vilayətini rədd etməkdir. Şeytanın vilayətini qəbul edib ona tabe olmaq ilahi vəlayətə şərik qoşmaqdır.

Bu gün İlahi Vilayətin təcəllisi olan Hz. Mehdinin (ə) vilayətini qəbul etməyin birinci şərti zalımları rədd etməkdir. Hz. Mehdi (ə.s)-ın vilayətinə inanmaq şeytanın yer üzündəki vəliliyinin tətbiqi variantı olan insan sistemlərini rədd etməklə başlayır.

Hidayət başçılarının öz dövrlərindəki ən böyük problemlərindən biri də xalqın, xüsusən də havasin (seçmələrin) tağutlardan uzaqlaşmaması idi. Hər iki Vilayətə iman gətirib zalımlardan qaçmadılar və onlarla birlikdə idilər.

Quranda peyğəmbərlərin ən mühüm iki vəzifəsi belə bildirilmişdir: Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə (haqq yoldan azmalı olmuşdur. Yer üzündə dolaşıb görün ki, yalançı hesab edənlərin axırı necə oldu! (Nəhl 36).

Allah Rəsulu (s) buyurur: “Hər kim zalım qarşısında zillət qəbul edib, ona könüldən təslim olarsa pak Əhli-beytə (ə) qəribdir”.

Tağutu qəbul etmək, tağutla əməkdaşlıq etmək, tağuta toxunmamaq, tağutu müdafiə etmək, tağutu dəstəkləmək və pilləkən olmaq.

Quran ədəbiyyatında mücrimlər-zalımları  dəstəkləmək və onlar arxa olmaq tağutlara dəstək kimi bəyan edilir.

(Musa) dedi: “Ey Rəbbim! Mənə bəxş etdiyin nemət haqqı mən əsla günahkarlara arxa olmayacağam!” (Qəsəs 17).

Sən Quranın sənin özünə nazil olacağına ümid etmirdin. Ancaq o, Rəbbindən bir mərhəmət olaraq sənə göndərildi. Buna görə də heç vaxt kafirlərə arxa olma!  (Qəsəs 86).

Vilayətə inanan və ondan asılı olan şəxs nə zalımları himayə edib, nə dəstək verir, nə də onlara bir pilləkən olub, onları kürəyində daşımaqla yüksəlməsinə səbəb olmaz.

Onlardan bəziləri əməlləri, sözləri və düşüncələri ilə zalımların iştahını açır, ümid verir, nüfuz etmə fürsəti verir.

Xətti və rəngi bəlli olan alimlər heç vaxt özlərindən pilləkən olaraq istifadə etdirməz və zalımlar da bunu edə bilməzlər.

Xəbəri paylaş

Yazarın bütün yazıları