“Heyhat minnəz-zillə təkrar təcəlli etdi”
Hüseyni qiyamın izzətli duruşu bu günümüzdə qiyamın davamı olaraq təkrar təcəlli etmişdir.
Zamanın “küfr imamı” zillət tələb etdi. Möminlərin təslim olmaları və boyun əymələri istiqamətində əmr verdi.
Zamanın “hidayət imamlarının” təmsilçisi isə “Heyhət minnəz-zillə!” deyərək Hüseyni bir duruş sərgiləmiş və imperialist-sionist gücə layiqli cavab vermişdir.
• Əgər Hüseyni Aşura izah edilərkən onun bu günə olan mesajı açıqlanmasa, sadəcə tarixi bir hekayə olaraq qalar.
• Əgər Hüseyni qiyam qlobal sosioloji bir cazibə olaraq bəyan edilməzsə, zamanla, bölgə ilə və qövm ilə məhdud bir hərəkət olaraq qalacaqdır.
• Əgər Hüseyni duruş bir qiyam kimi təfsir edilməzsə, bu günün tağutlarına və küfr imamlarına təslimiyyət və itaət qaçınılmaz olacaqdır.
“İmam Hüseyn (ə) müsəlman qanı tökülməsin deyə Mədinə və Məkkədən çıxdı” şəklindəki fikir, həqiqətin təhrifidir.
İmam Hüseynin (ə) qiyamında töküləcək qanların pak olması lazım idi; yalnız dünya mənsubiyyətlərindən təmizlənmiş igidlərin qanı bu bəşəri (universal) mesajı daşıya bilərdi.
Bu gün də Kərbəlada yaşanmış Hüseyni duruş küfr imamlarına qarşı təcəlli etmişdir.
Milli, coğrafi və irqi mənsubiyyətlərin əsiri olanlar isə bunu dərk edə bilməzlər.
Unudulmaması lazım olan məsələlərdən biri də budur:
O dövrdə necə ki Qazi Şüreyhlər, Musa Əşərilər vardısa, bu gün də tağutun yanında yer alan “məsləhətçi” alimlər mövcuddur.
Ömər Səd bir alim idi, qəbilə başçısı idi, tağutdan faydalanmaq üçün yaltaqlıq edirdi.
İmam Hüseynin (ə) qiyamını yanlış hesab edirdi. Bu gün də bəzi alimlər İmamın (ə) qiyam etmədiyini deyərək Hüseyni qiyamı təhrif edirlər.
Hüseyni qiyamın təmsilçisi olan İslam Respublikasının qlobal savaşdakı zəfərini dərk edə bilmədikləri üçün onun səhv etdiyini və hesab xətası etdiyini deyərək cahilliklərini nümayiş etdirirlər.
Bu savaş qlobal bir savaşdır; *“Heyhət minnəz-zillə”*nin təcəlli etdiyi bir savaşdır.