Yəmən: Sionist rejimin döyüş təyyarələri uğursuzluğa düçar oldu

Yəmən: Sionist rejimin döyüş təyyarələri uğursuzluğa düçar oldu

Yəmən silahlı qüvvələri sionist rejimin döyüş təyyarələrini dəf etdiklərini, işğal olunmuş ərazilərə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiklərini elan ediblər.

Az.rasthaber.com xəbər verir ki, Yəmən silahlı qüvvələri ölkənin hava hücumundan müdafiə qüvvələrinin İsrail rejiminin döyüş təyyarələrinin hücumlarına qarşı uğurla mübarizə apardığını açıqlayıb.

Yəmən silahlı qüvvələri bir bəyanatda bildiriblər:

"Yəmənin hava hücumundan müdafiəsi sionist rejimin ölkənin bəzi şəhərlərini hədəfə almaq planını pozdu və bu çərçivədə bir sıra yer-hava raketləri ilə sionist rejimin döyüş təyyarələrini hava məkanını tərk etməyə məcbur etdi.

Yəmən qüvvələri üç səsdən sürətli raketlə Ben Qurion hava limanını, Aşkelon elektrik stansiyasını və Aşdod limanını hədəfə alıb. Eylat limanı da 8 pilotsuz təyyarə ilə hədəfə alınıb. İsrail rejimi Yəmənin raket və pilotsuz təyyarələrinin qarşısını ala bilməyib. Biz düşmənin planlarını pozmağa və uzunmüddətli müharibəyə girməyə tam hazırıq”.

Xəbəri paylaş

VİDEOLAR