Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

Qərbi Asiyada yeni bir dönəm

Berlinin İmam Cüməsi, Şeyx Səbahətdin Türkyılmazın yeni məqaləsi:

Həm batil, həm də haqq cəbhəsi üçün Qərbi Asiya bölgəsində yeni bir dövr başlayır.

İndiyə qədər gəlinən nöqtəni xülasə edək:

  1. Dirəniş cəbhəsinin uğurları:
  • Dirəniş cəbhəsi, sionist rejimin genişlənmə planını dayandırdı.

  • ABŞ və imperialist gücün Böyük Orta Şərq Layihəsi  uğursuz oldu, bu sahədə müsəlmanları oyandırdı.

  • Fələstin məsələsinin yeganə müdafiəçisi oldu, heç bir gözlənti olmadan fədakarlıq göstərərək dirənişi canlı saxladı.

  • Sionist rejimin həqiqi üzünü dünya xalqlarına göstərdi.

  • Dünya xalqlarının ayılmasını təmin edib, zulm və qətliama qarşı səsini yüksəltmələrini təmin etdi.

  • Sionist cəbhənin toxunulmaz və məğlubedilməz tabusunu sındırdı.

  • Zulm və istismara qarşı mübarizədə möminlərə və məzlumlara cəsarət qazandırdı.

  • Ən önəmlisi, zulm, ədalətsizlik, istismar və işğallara qarşı dirəniş ruhunu canlandırdı.

Nəticə etibarilə; İran, qlobal imperialist/sionist cəbhəsinin ən azından Qərbi Asiya qolunu kəsib zədələyəcəkdi. Fırsat yaranmışdı ki, sionist rejimə Qəzza və Livana toxunmayacaq şəkildə dərs verilsin, amma bu an üçün baş vermədi.

Və ya qlobal sionist güclər, İranın Qərbi Asiya coğrafiyasındakı təsirlərini kəsib zəiflədəcəkdi. Bunu müvəqqəti olaraq bacardılar demək olar. Müqavimət cəbhəsinin bu uğurları qlobal istismarçı sistem tərəfindən qəbul edilə bilməzdi və buna görə hər cür gizli plana, fitnəyə əl atmağa çəkinmədilər.

  1. Hazırkı vəziyyət:

Əgər Müqavimət cəbhəsi, sionist cəbhəni qorxu və narahatlıq içində qoyursa, hələ də güclüdür deməkdir. Əgər hələ də qorxutma xüsusiyyətini qoruyursa, gücünü itirməyib demək olar.

Amma sionist cəbhəni qorxuda bilməyəcək duruma gəlsə, gücünü itirmiş deməkdir. Hər bir döyüşçü, zəfərlərindən sonra bir az yorular. Müqavimət cəbhəsi motivasiyasını qoruyub, yalnız döyüşdən yorulmuş olaraq təsvir edilə bilər.

Sionist cəbhə, imperialist sistemin dəstəyi ilə həyata keçirdiyi qətliamlar, soyqırımlar, terror və işğallar ilə müvəffəq olduğu görünə bilər, amma həqiqətdə məğlub olan tərəfdir; batil cəbhəsi zaman-zaman müvəqqəti və nisbi uğurlar əldə edə bilər, amma heç vaxt tam qələbə qazana bilməz.

Bu zaman-zaman müvəqqəti uğurlar, batilə möhlət, möminlərə isə ibrət və özünə qayyıdış işarəsidir.

Suriya dağılması və müqavimətə dəstək verən rejimin devrilməsi; Livan və Fələstin/Qəzza mübarizəsində onlara yardımın çatdırılmaması yeni dövrün başlanğıcıdır.

  1. Yeni mərhələ:

Suriyada rejimi devirmək və ədalətli bir dövlət qurmaq iddiasında olanlar yanılırlar; Suriyada müharibə heç vaxt bitməyəcək, daha uzun illər davam edəcək bir proses başlayır. Çünki imperiyalist koalisiyanın üzvləri arasında hakimiyyət, torpaq, güc və maraq mübarizəsi qaçınılmazdır.

Fərqli sələfi qruplar və laiqlər bir tərəfdən, Ərəblər, Türkmənlər və Kürdlər digər tərəfdən Suriya qənimətini bölüşdürmək üçün şiddətli qarşıdurmalar başladaqlar.

ABŞ Suriyada istədiyini aldı; Müqaviməti Suriya yolunda sıradan çıxardı, “Suriya Kürd Dövlətini” qurdu və Əsəd rejiminin devrilməsi ilə bunu rəsmiləşdirdi. Digər tərəfdən isə, əsas hədəf olan sionist rejimin təhlükəsizliyini bir müddətlik də olsa təmin etmiş görünür.

  1. Yenidən qurulma:

Müqavimət cəbhəsinin yenidən qurulması və yeni bir mərhələyə keçid üçün aşağıdakı addımlar atılmalıdır:

  • Ölkə yönlü deyil, hədəf/prinsip yönlü strateji müəyyən etmə prosesinə başlanmalıdır.

  • Özə dönüş və daxili təmizlik; harada səhvlər edilib, kimlər düzgün istiqamət göstərməyib, zəif nöqtələr müəyyən edilməlidir.

  • Hədəf dəyişməsə də, yeni strategiya və yeni mübarizə üsulları müəyyən edilməlidir.

  • Daxili qurulma; sağlam təməllər və layiqli kadrlar yaradılmalı, sədaqət və fədakarlıq ruhu bərpa edilməli, səbr və səbatla ümidlər dəstəklənməlidir.

  • Qlobal ədalət dövlətinin layihəsinin ön hazırlığına başlanmalı, daha konkret və ağıllı addımlar atılmalıdır.

Xəbəri paylaş

Yazarın bütün yazıları