Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

Qiyam -Əmr bil-Məruf prinsipinin son mərhələsidir

Şeyx Sabahattin Türkyılmaz Cümə namazında verdiyi xütbələrdə Kərbəla qiyamının hikməti və məqsədləri üzərində dayanaraq aşağıdakı məqamlara toxundu:

  • İmam Hüseynin (ə) qiyamının mərkəzində ümmətin islahı (islaha yönəldilməsi) və ihyası (dirildilməsi) dayanır.

  • Ümmətin islahı və ihyası üçün son mərhələ “Əmr bil-məruf və nəhy əni-l-munkər” (yaxşılığa çağırmaq və pislikdən çəkindirmək) prinsipidir.

  • Təhsil, təbliğ, irşad və təzkir prinsipləri insanların dirçəlişi üçün kifayət etmədiyi zaman, artıq "əmr bil-məruf" mərhələsinə keçmək və ümməti islah etmək zəruridir.

  • "Əmr bil-məruf" prinsipinin son mərhələsi qiyamdır (ayağa qalxmaq, hərəkətə keçməkdir).

  • Əgər ümmətin dirçəlişi və islahı gündəmdədirsə, ortaya bu sual çıxır: Ümmətin ölmüş və ya fəsada uğramış olması lazımdır ki, onun islahına ehtiyac olsun. Bəs ümmətin ölü və ya fasiq bir toplum olduğunun əlaməti nədir?

  • Əgər siyasi hakimiyyət zalım, batil, tağut bir rejimdirsə və ümmət zina, qumar, içki, oğurluq, istismar, ədalətsizlik, korrupsiya və digər günahlar qarşısında susursa, səssiz qalırsa və bu günahlara laqeyd yanaşırsa – deməli, o ümmət artıq “ölmüş” deməkdir.

  • Ümmətin ölü olmasının və dirildilməyə ehtiyaclı olmasının əlaməti məhz bu səssizlik, laqeydlik və biganəlikdir.

  • İmam Hüseyn (ə) məhz bu ölü ümməti diriltmək üçün qiyam etmişdir.

  • Bu gün də İslam ümməti Peyğəmbərə qarşı təhqir, Qəzzada baş verən zülm və qətliamlar, fəsad, istismar, cəhalət qarşısında səssiz, laqeyd və duyğusuz olduğu üçün "ölü" sayılır.

  • Ümmətin dirildilməsi vacibdir – çünki canlı olmayan bir toplum müqavimət göstərə bilməz.

  • Cəhalət və qəflət içində olan cəmiyyəti təhsil, təbliğ və irşad yolu ilə oyatmaq mümkündür.

  • Lakin artıq "ölü" hala gəlmiş bir toplumu təkcə təbliğlə, izahla diriltmək mümkün deyil. Bunun yeganə yolu "əmr bil-məruf"un son mərhələsi olan qiyamdır.

  • İmam Hüseyn (ə) də məhz bunu həyata keçirmişdir.

  • Hüseyni matəm məclisləri ölü qəlbləri və cəmiyyətləri diriltmək üçündür. Əgər mərsiyələr, sinə vurmaq və əzadarlıqlar insanı dəyişdirmirsə, diriltmirsə – bu mərasimlər Hüseyni ruhu daşımır, sadəcə fərdi şəkildə axirət savabı qazanmaq üçündür.

Vəssəlamu aleykum və rahmətullahi və bərəkatuh.

Xəbəri paylaş

Yazarın bütün yazıları