Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

Şəhid Qasim Süleymaninin uğurunun sirri nə idi?

Şəhid Qasım Süleymaninin xüsusiyyətləri ilə qısaca tanış olaq;

Hər bir insanın həyat macərası və mübarizə həyatı olur. Cəmiyyətdə simvola çevrilmiş, örnək olmuş insanların xüsusiyyətlərini araşdırmaq, ibrət dərsi almaq lazımdır. Şəhid Qasım Süleymaninin sevgisinin və uğurunun mənbəyini araşdırmaq lazımdır.

Şəhid Qasım Süleymaninin xüsusiyyətləri ilə qısaca tanış olaq;

 Fərdi Məsuliyyət Şüuru

Fərdi məsuliyyətini dərk edirdi; İnsanın vəzifələrindən biri və ən çətini onun vəzifəsinin nə olduğunu müəyyən etməkdir. Xüsusilə şərtlər və vəziyyətlər dəyişdikdə; Haqqın batillə qarışdığı, fitnə və çaxnaşmaların olduğu dövrlərdə vəzifə təyin etmək çətindir. Şəhid Qasım Süleymani istənilən vəziyyətdə öz vəzifəsini dərk etməyə qadir idi. Başqalarına vəzifə vermək əvəzinə, öz vəzifəsini yerinə yetirməyə çalışmışdır. Başqalarının onun vəzifəsini yerinə yetirib-yetirməməsinin onun üçün heç bir əhəmiyyəti yox idi. O, sadəcə olaraq öz vəzifəsini yerinə yetirməyə çalışırdı.

İctimai Məsuliyyəti üzərinə götürmək

O, ictimai məsuliyyəti öz üzərinə götürdü: İnkaredilməz bir həqiqətdir ki, insanın fərdi vəzifələrlə yanaşı, ictimai vəzifələri də var. Hansı sosial məsələlərə görə məsuliyyət daşıyacaqlarından xəbərdar olmalıdır. Hər kəs hər sahədə vəzifə və məsuliyyət öz üzərinə götürə bilməz. Biri hərbi sahədə, biri mədəniyyət/media sahəsində, biri təhsil sahəsində, biri siyasi sahədə, biri iqtisadi sahədə və... Bir kəsin bütün sahələrdən məsuliyyəti  yoxdur; Gah məsuliyyəti üzərinə götürər, gah itaət edər, gah da məsuliyyət təyin edər. Önəmli olan sosial məsuliyyəti öz üzərinə götürməkdir.

Sosial sahədə məsuliyyət hiss etmək, vəzifə sahibi olmaq, özünü cəmiyyət qarşısında məsuliyyətli görmək insanları məsuliyyətli olmağa sövq edir. Şəhid Süleymani ona verilən tapşırığı vəzifə sahibi kimi yerinə yetirərdi. Qasım Süleymani 40 il əvvəl ictimai məsuliyyətini dərk edib və seçdiyi sahədə 40 il ərzində bu məsuliyyəti yerinə yetirib.

Rəhbərə itaət

Rəhbərə itaət və bağlılığı: qlobal məqsədi olan biri liderə və rəhbərə bağlı olmalıdır. Özbaşına hərəkət edən özünü rəhbər görür. 40 illik mübarizə həyatında Rəhbərə bağlılığı Şəhid Süleymaninin ən mühüm xüsusiyyətlərindən biri idi.

Cəsarət və Qorxmazlıq

İgidlik insanın mübarizədə və üzərinə götürdüyü işdə ən mühüm silahıdır; Həm verəcəyi qərarlardakı şübhələri, həm də edəcəyi hərəkətlərdə özündə olan qorxunu aradan qaldırmalıdır. Düşmənin gücü insanı qorxutmamalıdır. Hər addım cəsarətlə atılmalıdır. Öz vəzifə və məsuliyyətinə tam bağlı olan insanın itirəcəyi heç nə yoxdur. İtirəcək bir şeyi olanlar qorxur. Şəhid Süleymani mübarizə həyatında itirəcəyi yeganə sərmayə olan canını bu yolda verməklə igidliyini və şücaətini taclandırıb.

 Düşməndə qorxu yaratması

 Cəsur və qorxmaz olmaq gözəl və təqdirəlayiq sifətdir. Amma bundan gözəl və uca olan odur ki, düşmən ondan qorxur, düşmənin qəlbinə qorxu salır. Şəhid Qasım Süleymani yalnız Allahdan qorxduğu üçün Allah onun qorxusunu bütün düşmənlərinin qəlbinə salmışdı.

Dostlara ümid verməsi

Düşmənə qorxu verdiyi qədər dosta ümid vermək lazımdır. Dostlar ümidli, motivasiyalı olmalı və onun varlığı ilə aramlıq tapmalıdırlar. Qasım Süleymaninin ümidverən qəhrəman olması və müstəkbir qüvvələrə qarşı mübarizədə ilham qaynağı olması onun ən əsas  xüsusiyyətlərindən biridir.

Sədaqət və ixlası

 Hər bir uğurun sirri insanın öz amalına sədaqətində və işində ixlaslı olmasındadır. İmanında möhkəm, imanında sadiq olan insanı heç bir güc, silah və ya batil fikir qorxuda bilməz. Mübarizəsinə inanıb sədaqət göstərmək müqavimətin gücünü artırır və insanı sabit olmasına səbəb olur. Mübarizə naminə ixlaslı fəaliyyət də uğur gətirir. Şəhid Süleymaninin uğurunun sirri onun öz işində dürüst və səmimi olması idi.

Fədakarlıq göstərməsi

 İnsan öz mübarizəsi uğrunda fədakarlıq etmədikcə uğur qazana bilməz. Ən əsası, öz nəfsini fəda edib,  yəni “ənaniyyə” əsarətindən qurtulmalıdır. İnsan əlində olanı fəda verməyə hazır deyilsə, sahib olduğunu zənn etdiyi şey bu yolda ayağına dolaşacaq. Əgər insan əlində olanı, o cümlədən canını Allah yolunda fəda edərsə, yalnız Allah bütün qəlbləri ona yönəldər, sevgisini insanların qəlbinə yerləşdirər.

Dünyəvi postlardan, məqamlardan çəkinməsi

Şəhid Süleymaninin mühüm xüsusiyyətlərindən biri də onun dünyəvi istəklərinin olmaması idi. O, heç vaxt rütbə, sərvət və ya titul axtarmırdı. Bu xüsusiyyət onun mücahidlərə ümid bəxş edən qəhrəmana çevrilməsi və istikbarla mübarizədə ilham mənbəyi olması üçün mühit hazırladı.

Şəhid Qasım Süleymani başqasının uğuru ilə özünü təsəlli etməzdi. Vəzifəsini yerinə yetirməyə çalışardı. O, öz vəzifəsini və məsuliyyətini şüurlu şəkildə yerinə yetirərdi.

“Mənim vəzifəm nədir, nə edə bilərəm, Allah mənə nə cür məsuliyyət verib” fikirləri ilə hərəkət edəndə uğurun əldə edilməsi qaçılmazdır.

Dünyadakı istiqlal və azadlıqsevərlərin onun şəhadətinə bu qədər kədərlənməsinin səbəbi də onun malik olduğu bu xüsusiyyətlərə görədir.

Şəhid Qasım Süleymaninin həyat və şəhadət mübarizəsindən alınacaq ən mühüm dərs, şübhəsiz ki, vəzifəni tanımaq, ona əməl etmək və ictimai məsuliyyəti öz üzərinə götürməkdir.

 

Xəbəri paylaş

Yazarın bütün yazıları