İngiltərədə yerləşən bir tədqiqat mərkəzinin hesabatında bildirilir ki, sionist rejim və ABŞ İrana qarşı son müharibənin uzanması nəticəsində ciddi böhranla üz-üzə qalacaqdılar və hələlik İranla genişmiqyaslı döyüşə hazır deyillər. Buna görə də, onlar İranla atəşkəsə can atırdılar.
Az.rasthaber.com xəbər verir ki, General-leytenant Eyal Zamer 2022-ci ilin may ayında İrana qarşı bir strateji plan hazırlamışdı və 2025-ci ilin İyun ayında baş vermiş müharibədə İsrail ordusunun Baş Qərargah rəisi kimi bu müharibəyə rəhbərlik edib. Bu qarşıdurma İsrailin hücumu ilə başlamışdı.
2025-ci il müharibəsi İsrailə gündəlik yüz milyonlarla dollara başa gəlib və son müharibədə yalnız İsrail daxilində vurulan ziyanın təqribi dəyəri 1,5 milyard dollar olaraq qiymətləndirilir.