Tehrandan ABŞ-a açıq mesaj

Tehrandan ABŞ-a açıq mesaj

İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi deyib ki, ABŞ-ın İrana qarşı hər hansı hücumu qəti şəkildə dayandırmadan danışıqlar masasına qayıtması mümkün deyil.

Az.rasthaber.com xəbər veri ki, Təxt Rəvançi vurğulayıb ki, Tramp administrasiyası bəzi vasitəçilər vasitəsilə danışıqları davam etdirmək istədiyini İrana çatdırıb, lakin bu proses zamanı həyata keçirilən hücumlarla bağlı dəqiq mövqe nümayiş etdirməyib.

Mehr xəbər agentliyinin məlumatına görə, İran rəsmisi ABŞ-ın hücumlarının ölkənin nüvə proqramına nə qədər ziyan vurduğunun hələ də aydın olmadığını bildirib və qeyd edib ki, danışıqların bərpası üçün hələlik tarix razılaşdırılmayıb.

Taxt Rəvançı fikirlərini "Biz müharibə istəmirik, dialoq və diplomatiya istəyirik. Ancaq bir daha ehtiyatsız qalmamaq üçün diqqətli və hazır olmalıyıq" sözləri ilə yekunlaşdırıb.

Xəbəri paylaş

VİDEOLAR