İsrail Qəzzada 700 mindən çox insanın sığındığı 256 qaçqın mərkəzini vurub

İsrail Qəzzada 700 mindən çox insanın sığındığı 256 qaçqın mərkəzini vurub

Bildirilib ki, İsrail ordusu 7 oktyabr 2023-cü ildən bəri 700 mindən çox məcburi köçkün fələstinlini qəbul edən Qəzza zolağında 256 təxliyə və yerləşdirmə mərkəzini hədəf alıb.

Az.rasthaber.com xəbər verir ki, hökumətin Qəzza zolağındakı mətbuat ofisindən verilən yazılı açıqlamada bildirilib:

"İşğalçı İsrail Qəzzada dinc sakinlərə və köçkünlərə qarşı sistematik cinayətlərini davam etdirir. Evləri bombalanan və sağ qalmaq üçün yaşayış mərkəzlərinə sığınan ailələrin olduğu bu mərkəzlər qəsdən və dəfələrlə hədəfə alınır".

İsrailin təkcə iyun ayında 11-dən çox sığınacaq mərkəzinə hücum etdiyi və bunun beynəlxalq hüquq və humanitar razılaşmalara məhəl qoymayan mütəşəkkil cinayətin tərkib hissəsi olduğu vurğulanıb.

Bu hücumlarla İsrailin soyqırım prosesi zamanı hədəf aldığı sığınacaq mərkəzlərinin sayının 256-ya çatdığı, bu mərkəzlərdə yaşayan 700 mindən çox insanın evləri və yaşayış sahələri dağıdıldıqdan sonra ən əsas insani ehtiyaclarından məhrum edildiyi bildirilib.

Hədəf edilən mərkəzlərin əksəriyyətinin təhsil müəssisələri olduğu və on minlərlə şagirdin təhsil aldığı bu məktəblərin birbaşa İsrail tərəfindən hədəf alındığı bildirilib.

Bəyanatda, işğalçı İsrailin və bu prosesə şərik olan ölkələrin soyqırım cinayətinin davam etdirilməsindən məsul olduğu vurğulanaraq, “İsrailin məktəblərə, təxliyə və sığınma mərkəzlərinə qarşı cinayətlərini ən sərt şəkildə qınayırıq” ifadəsi işlədilib.

Bəyanatda, həmçinin beynəlxalq ictimaiyyət, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və dünyanın bütün azad ölkələri “Qəzzada soyqırımı dayandırmaq, blokadanı aradan qaldırmaq və İsrailin məhv etdiyi həyati infrastrukturu bərpa etmək üçün hərəkətə keçməyə” çağırılıb.

2023-cü il oktyabrın 7-dən Qəzzada qətliamlar həyata keçirən İsrail ordusu məcburi köçkün fələstinlilərin sığındığı məktəb və düşərgələri tez-tez vurur.

Xəbəri paylaş

VİDEOLAR