Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

Ayətullah Xameneinin bəsirəti və siyasi zəfər

İran həqiqətlərini görmək, İranı tanımadan, ölkəyə hakim sistemi, Vəliyi Fəqih və İslami dəyərləri tanımadan mümkün deyil.

İran həqiqətlərini görmək, İranı tanımadan, ölkəyə hakim sistemi, Vəliyi Fəqih və İslami dəyərləri tanımadan mümkün deyil.

 İranda heç bir problem yoxmuş kimi təəssürat yaratmaq, xalqın etirazlarının hamısını xarici qaynaqlı olduğunu söyləmək İran həqiqəti ilə uyğunsuz və ağıldan uzaqdır.

İslam dövləti olmanın çətinlikləri vardır; çünki dünyada hakim siyasi hegemoniyaya qarşı bir alternativ sistem olaraq ortaya çıxmışsınız; Dinə söykənən ədalət sistemini praktikada istifadə etmək, sosial ədaləti hakim qılıb rəfah, əmniyyət, elm-təhsil, mədəni və s. Problemləri həll etmək istəyirsiniz bunun için bəzi bədəllər ödəməlisiniz.

-       Xarici təzyiq, embarqo, hücum görəcəksiniz, hətta müharibəyə də hazır olacaqsınız,

-       İçdəki müxalif gücləri qarışıqlığa sürükləyəcək faktorlara hazırlıqlı olacaqsınız

-       Xəyanət, korrupsiya, rüşvət, inflyasiya, bahalıq, işsizlik kimi problemləri tətikləyən xarici güclərin planlarına qarşı öz planlarınız olacaqdır.

Haqqı və gerçəkləri qəbul etmək çətindir; bu kimi problemlər Rəsulallah (s.ə) hökümətində də var idi, Hz.Əli (ə) hökümətində də variydi. Əsil önəmli olan doğru həll yollarını tapmaqdır.

Ölkənin iqtisadi problemləri var...

Problemlərin çoxunun səbəbi xaricdən qaynaqlanan ola bilər, amma məsuliyyət və həll yolunda məsul icra məqamında olanlar idarəçilərdir.

Xalqın haqqını müdafiə edəcək güclü bir müxalifət olmadığından bəzən xalq özü küçələrə çıxır.

Ölkənin “iqtisadi problem” adında bir həqiqəti var; inflyasiya, işsizlik, bahaçılıq gizlədiləcək qədər kiçik, rejimi devircək qədər böyük deyil. İranın varolma problemi yoxdur; iqtisadi, siyasi, mədəni probləri həll edəcək qədər güclü və təcrübəli bir ölkədir.

.

Yəni problemləri, həqiqətləri gizlədilməli, problemləri dilə gəlməsilə varolma problemi yaşayacaq qədər kiçik və gücsüz bir ölkə deyildir.

Son olayların arxasındakı həqiqəti görmək lazımdır. Bu qarışıqlıq və vur-qırmaların səbəbinin benzinin bahalaşması olmasınıdüşünmək sadəlövhlükdür.

Son olaylara zəmin hazırlayan faktorlar arasında ən çox diqqət çəkən budur; “Amerika ilə razılaşma” mövzusunda görüş ayrılığıdır. Ruhani höküməti Amerika ilə razılığa gəlinməsinin lazım olduğunu, embarqoların ancaq bu yolla qaldırılacağı və iqtisadiyyatın düzələcəyinə inananlardandır.

Rəhbər isə (Ayətullah Xamenei) “Amerikaya güvənliməyəcəyini, yalan söylədiklərini, sözlərində durmayacaqlarını, aldadacaqlarını” illərlə deməsinə baxmayaraq hökümət dinləmədi və 5+1 qrupu ölkələrilə masaya hər oturduğunda bir şey itirdi.

Ayətullah Xamenei olaylardan əvvəl etdiyi bir çıxışında Amerika ilə görüşləri tamamilə qadağan edərək son nöqtəyi qoydu.

Hökümət rəsmiləri büdcədə pul qalmadığını, maaşları belə verə bilmədiklərini. Iqtisadiyyatın durduğunu dilə gətirməyə başladılar. Hətta olaylar başlamamışdan bir həftə öncə Ruhani “Mən BMT toplantısında Amerika ilə görüşsəydim embarqoları ləvğ etdirərdim”, sözlərini də dilə gətirdi.

ABŞ embarqoları artırdıqca iqtisadi problemlər xalqı daha da çətin vəziyyətə salırdı. Müvəqqəti də olsa iqtisadi problemlərə həll olaraq vergilər artırılar,  qiymətlər qaldırılar. Ruhani höküməti başqa həll yolu yoxmuş kimi xalqı daha çox təhrik edəcək, küçələrə tökəcək benzinin bahalaşmasını reallaşdırdıqda olanlar oldu.

İmperial gücün basqısı və idarəçilərin iqtisadiyyatı düzəltmədə bacarıqsızlıqları bu problemləri aradan qaldırmaq üçün bahalaşma yaratmağa məcbur edir. Bahalaşma ilə xalqı təhrik edib küçələrə tökən imperialistlərin əsil hədəfi iqtisadiyyat deyildir.

ABŞ və sionistlər iqtisadi hüzursuzluğun yönünü siyasətə yönləndirib problemləri siyasiləşdirəcəkdi. Siyasi problem siyasi xaos deyərkən rejim məsələsinə döndərmək istəyirdi.

İmperial güc içdəki əlaltılarının vasitəsilə sözü “gördünüzmü iqtisadi problemləri Qərbsiz həll edə bilmir, onlarla anlaşmaqdan başqa çarə yoxdur”, gətirmək istəyirdi.

Çünki Amerika ilə razılığa Ayətullah Xamenei əvvəldən razı deyildi, bu qarışıqlıqlar başda Ayətullah Xamenei olmaqla rejimi çətin duruma salmaq üçün planlanmışdı .

Hökümət bahalaşma edəcək, xalq etiraz edib küçələrə töküləcək, geri addım atılsa bu hökümətin zəyifliyi olacaq, geri addım atılmasa xalq sakitləşməyəcək, iqtisadi problem siyasiləşdiriləcək və böyük etirazlar başlayacaq.

Ayətullah Xamenei gözlənilənin tam tərsinə yenə hər kəsi təəccübləndirdi; benzin bahalaşmasını qəbul etməklə bu siyasi oyunu pozdu. Çünki bu bahalaşmaların iqtisadi problemləri həll etməyəcəyini iqtisadiyyat bilgisi olmayan biri də anlayar. Ayətullah Xamenei, xalqın benzin bahalaşması etirazlarını siyasiləşdirilib təhlükəsizliyə qarşı bir  plan olduğunu görə bilirdi.

Ayətullah Xamenei “Həm dostlarımız, həm də düşmənlərimiz, bizim hərbi, siyasi və təhlükəsizlik müharibəsində düşməni geri oturtduğumuzu bilsinlər. Bu son günlərdəki olaylar təhlükəsizlik qaynaqlı işlərdi, bunlar xalq tərəfindən deyildi. Müxtəlif sahələrdə düşməni geri çəkilməyə məcbur etdik, iqtisadi müharibə sahəsində də düşməni geri otuzduracağıq”, - sözlərilə problemlərin iqtisadi deyil, ölkənin təhlükəsizliyi və siyasi mövzu olduğunu vurğuladı. Beləcə Rəhbər bu bəsirətli bəyanları iə iqtisadi probmelərdən sui-istifadə etmək istəyənlərin arzularını gözlərində qoydu.

Xəbəri paylaş

Yazarın bütün yazıları