Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

Siyasəti yönləndirən şiəlik və siyasətin yönləndirdiyi şiələr

Şiəlik tarixinə baxıldıqda siyasi mübarizənin heç qırılma olmadan hər əsrdə davam etdiyi görülür.

Allahın adı ilə

Şiəlik tarixinə baxıldıqda siyasi mübarizənin heç qırılma olmadan hər əsrdə davam etdiyi görülür. İqtidarlara baxışları ancaq Şiə siyasi prinsipləri ilə olmuşdur; Hökumətlərin legitimliyini onunla ölçürdülər. Hansı iqtidarla, hara qədər birlikdə ola biləcəkləri bu prinsiplərlə təyin edərdilər.

Yəni siyasətə xətt verməsələr də, siyasətin onlara xətt verməsinə icazə verməzdilər. Siyasi mübarizə qırılmasız davam etməsinə baxmayaraq təəssüflər olsun ki, tarixdə siyasəti yönləndirən Şiəlik son zamanlara qədər bir sistem olaraq ortaya çıxmamışdır. Siyasətin yönləndirə bilmədiyi alimlər ya zindana salınmış, ya sürgünə göndərilmiş və yaxud şəhid edilmişlər.

Siyasət, Şiəliyi əsla yönləndirə bilməmişdir amma siyasətin yönləndirdiyi bəzi şiələr tarixdə həmişə olmuşlar. Bunlar məsləhət adı altında iqtidarın nemətlərindən yararlanmaqdan çəkinməmiş və iqtidarda kim olursa olsun etiraz etməmişlər.

İmam Xomeyniyə qədər Şiə üləmanın 3 seçimi var idi; ya fərdi olaraq siyasətə xətt verməyə çalışmış, ya siyasətin xətt verdiyi alimlər olaraq iqtidarın yanında yer almış, ya da siyasətdən uzaq qalmağı seçmişlərdir.

İmam Xomeyni tərəfindən siyasətə xətt verən Şiəliyin yaranması ilə yeni bir dönəm başlayırdı. İslam İnqilabının zəfərilə siyasətə xətt verən Şiəlik ilk dəfə bir sistem olaraq İranda meydana gəldi.

Beləcə siyasətə xətt verən Şiəlik dünya səthində təsirlərini göstərməyə başlamışdır.

İran xaricindəki Şiələr üçün seçimlər artıq azalırdı. Çünki ya imamət inancına görə təməli atılmış, zülmə qarşı mübarizə prinsipləri təyin edilmiş və siyasətə xətt verən Şiəliyi qəbul edəcəklərdi, və ya siyasətin xətt verdiyi Şiələr olmağa davam edəcəklərdi.

Siyasətə xətt verən Şiəliyi mənimkiləşdirməyən; zülmə ədalətsizliyə və təzyiqə dirənməyən Şiələr, tağuti siyasətlərin, təzyiq edən iqtidarların cızdığı dairədən çıxa bilmədilər.

 

 

Beynəlxalq hegemon sisteminin ümumilikdə müsəlmanlar, xüsusilə isə Şiələr üzərində planlarından biri də bu idi. Müsəlmanların namaz və orucu, təharət və dəstəmazı, zəkat və həcci, Məhərrəm, matəm və Ərbəin yürüşü ilə bir düşmənçiliyi olmayacaq, çərçivəsini özləri təyin etdiyi siyasətin rəhbərliyi altında olduğu müddətdə dini ritualların yerinə yetirmələrində hər hansı bir problem görməyəcəkdi.

Amma şiəlik düşüncəsi cəmiyyəti yönləndirmək və siyasi sistem prinsiplərini gündəmə gətirmək istədiyi təqdirdə buna imkan verilməyəcəkdi.

Günümüzdə, başda İran və İraq olmaqla mərcəiyyətin təyin etdiyi ölkələr və bölgələrdə Şiələr siyasətə prinsiplər baxımından xətt verə bilirsə İmamət xəttini davam etmiş olacaqlardır. Amma başqalarının təyin etdiyi siyasətlərə təslim olaraq bir sıra mənfəət, içi boş birlik bərabərlik şüarları bəhanə edərək siyasətin təyin etdiyi xəttdə hərəkət edərsə o zaman siyasətin idarə etdiyi Şiələr olmaqdan xilas olmayacaqlar.

Bu qayda bütün Şiələr üçün olmaqla, İran İslam Respublikasında da inqilab prinsipləri və paradiqması tərk edib milli mənfəət, məsləhət, əmniyyət paradiqmasına çevrildiyi təqdirdə, artıq siyasətə yön verən Şiəlikdən ayrılmış, siyasətin yönləndirdiyi Şiələrə dönmüş olacaqdır.

Məqsəd də İranı inqilab xəttindən çıxarmaq və beynəlxalq cəmiyyət dedikləri sistemə qatmaqdır.

İraq hara gedir?

Hegemon sistemin rəhbəri ABŞ artıq hərbi hücumlar, hərbi çevrilişlər və işğallarla imperial əməllərinə çata bilməyəcəyi nəticəsinə gəlmişdir.

Bunu həm teorik olaraq qəbul etmiş, həm də praktikadan çıxarmışdır.

Əfqanıstandan rəzil bir şəkildə qaçması da bunun ən açıq sübutudur.

İraqdan da hərbiçilərini tamamilə çəkmək məcburiyyətində olduğunu bilir.

ABŞ və müttəfiqlərinin xalqların müqaviməti qarşısında hərbi məğlubiyyətlər almaları imperial əməllərindən vaz keçmələri olaraq düşünülməməlidir.

ABŞ dini istifadə etmənin, hədəfindən uzaqlaşdırmanın dini düşüncəni yıxmaqdan daha asan olduğunu anlamış olaraq İraqda siyasi idaretməyə rəhbərlik edən Şiəliyi əngəlləmək üçün siyasətin yönləndirdiyi Şiələrdən istifadə etmək üsulunu seçəcəkdir.

Dörd il öncə keçirilən seçkilərdə xalqın dəstək və iradəsilə iş başına gələn Adil Əbdülmehdi hökümətinin anti-imperialist siyasətlərinə dözməyən ABŞ İraq içindəki kuklalarını hərəkətə keçirərək geniş miqyaslı etirazlar başlatdı. Bu planı anlamayan bəzi dini çevrələr də guya ölkədə sabitliyin təmin edilməsi qayğısı ilə Adil Əbdülmehdi hökümətinin istefa verməsinə və yerinə tərəfsiz bir şəxsin baş nazirliyilə hökümətin qurulmasını istədilər. Yəni bilərək və ya bilməyərək ABŞ-ın hiylə planına yardım etdilər.

Bilindiyi kimi bu plana əsasən Qasim Süleymani və Əbu Mehdi Mühəndis sui-qəsdində ABŞ ilə işbirliyi etdiyi ehtimal verilən Mustafa Kazimi vəzifəyə gətirildi.

ABŞ, İraqda, arxasında din, məzhəb və milli-etnik güc olan Kazimi hökümətinə dəstək verərək istədiyi rejimi quraraq işğal ilə fəth edə bilmədiyi İraqı din ilə fəth etmiş olacaqdır.

 

2021 ilin əvvəlində Papanın İraq ziyarəti təsadüf deyildi, böyük bir planın bir parçası idi.

Papanın İraq ziyarəti praktikada bu prosesin addımlarından biri idi. Papanın ziyarətilə “Dinlərarası dialoq” adı altında təşkil edilən konfrans İraqı din ilə dizayn etmə layihəsinin bir parçası idi.

Papanın ziyarətində İraq küçələrindəki plakatlarda Ayətullah Sistaniyə aid olduğu deyilən bu cümlə yazılrdı: “Siz bizim bir parçamızsınız biz də sizing bir parçanızıq”.

Bu cümlə Ayətullah Sistaniyə aiddir mi, bilmirəm amma mərcəiyyəti bu plana daxil etmə istəkləri gözdən qaçmır. Beləcə siyasətin İraqda şiələri yönləndirmə layihəsi də beləcə həyata keçirilmək istənir.

Tarix boyunca Şiəliyin ən böyük iftixar və uğurlarından biri heç şübhəsiz mərcəiyyətin siyasətin rəhbərlik altına girməməlidir.

İmperial güc on illərdir bunu qırmağa çalışır, mərcəiyyəti siyasətin yönləndirməsi üçün səy edir. İndi bu hədəfinə nə qədər çatması mübahisə edilə bilər, amma aparılan gizli açıq planlar imperial sistemin gələcəkdə bu siyasətə daha çox diqqət ayıracağının işarələridir.

İraqda bir ay sonra keçiriləcək ümumi seçkilər ərəfəsində Fransa prezidenti Makronun imperial sistemin təmsilçiliyində Bağdadda təşkil edilən İraqa Qonşu Ölkələr İclasında iştirakı, İraqa qonşu Suriyanın bu iclasa dəvət edilməməsi, Makron Kazimeyndə iki məsum imamın ziyarətgahlarını ziyarət edərək inanmadığı dəyərlərə hörmət edir kimi özünü göstərməsi kimi şeylər imperial planın çərçivəsində dəyərləndirilir.

Uğursuz planları həyata keçirmək üçün Mustafa Kazimini bir ay sonra keçiriləcək seçkilərdə qalib etmə istəkləri, bu planın ilk addımıdır.

Xəbəri paylaş

Yazarın bütün yazıları