Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

Təriqətlər və camaatlar Türkiyənin bir reallığıdır

Bu yazımızda təriqət və camaatların müdafiə edilməsi əsla düşünülməsin, reallığa söykənərək hazırki vəziyyəti diqqətinizə çatdırırıq.

Təriqətlər dindar ictimaiyyətin bir hissəsidir . Hansı dindən olduğu önəmli deyildir. Dini təlimlər həyatın bir parçası olan hər cəmiyyətdə təriqət və camaatların varlığı qaçılmazdır.

Dini həyatın hər sahəsindən çıxarılan cəmiyyətlərdə dini təriqət deyə bir problem yoxdur. Çünki bu kimi cəmiyyətlər həyat tərzlərini tamamilə dindən uzaqlaşdırılmış bir vəziyyətə salmış və dini sosial həyatlarına qarışmalarına icazə verməmişlər.

Xalqı əsrlərdir müsəlman olan Türkiyəlilər Osmanlı zamanından bəri təriqətlərə məhkum olmuşdur.

Osmanlı mirası olaraq Sekulyar Türkiyəyə buraxılan təriqətlər sosioloji bir zərurət idi . Osmanlıda dini müdafiə edən, xalqın dindar qalmasını təmin edən bu təriqətlərə cumhuriyyət tarixində camaatlar əlavə edilmişdir.

 Bəs dünyəvi bir ölkədə dövlət xalqın dinini qorumaqda məsuliyyət daşımırmı? Bu suala verilən cavab əsla heç kəsi təsirə salmamışdır. İslami dövlət olmayan dünyəvi Türkiyə Respublikası xalqın dinini qoruyub dindar edə bilməz, çünki dünyəviliyin belə bir vəzifəsi yoxdur. Təriqətlər və camaatlar dindarları, dindarlar da iqtidarı qorumaq üçün yazılmamış bir anlaşma içindədirlər.

İqtidarları ayaq üstündə tutan bu camaatlar heç bir partiyanın, siyasətçinin vaz keçə biləcəyi şey deyildir.

Bu təriqət və camaatlar Osmanlıda padşahları qorumaq üçün bir gərəklilik idi, cumhuriyyət dönəmində isə “sekulyar dindar” yetişdirmə mərkəzləridir. Özlərinə rəqib olaraq öz dedikləri dillə desək “dinsiz sekulyarları” görürlər.

Bu cəmiyyət və təriqətlər olmasaydı, Türkiyə bir Avropa ölkəsi olar, Qərb dünyası xristianlığı və keşişləri kilsəyə həbs etdiyi kimi İslamı və din adamlarını məscidə həbs etmiş olacaqdı.

Bunun bir çox səbəbləri ola bilər, ən bariz və önəmlisi bunlardır;

-  Din alimi yetişdirəcək elm hövzələri, mərkəzlərinin olmaması insanları dinlərini öyrənmələri üçün təriqət və camaatlara yönəltmişdir. Çünki dünyəvi dövlətin öyrətdiyi din təlimləri qərbdə olduğu kimi formal xarakter daşıyır.

-  İctihad qapısının bağlanması ləyaqətli mütəxəssis alimin yetişməsini əngəlləmiş, din adamının yetişməsini təriqət və camaatların təşəbbüsünə buraxmışdır. İctihadın olmaması bu camaatların və tərqətlərin varlığını zəruri etmiş və dini rəhbər olaraq göstərilməsinə səbəb olmuşdur. Buralarda yetişən din adamları da eyni səviyyədə dünyəvi sistemin dinin qol-qanadını qırıb, dini siyasi sistemin orbitinə soxması təriqət və camaatların varlığını məcburi etmişdir.

Problem camaat və təriqətlərin varlığı deyildir. Heç bir iqtidar, heç bir partiya, heç bir hökümət camaatlara və təriqətlərə qarşı olmamış, hətta onları təşviq etmişlər və onları Dövlət büdcəsindən bəsləmişlər.

Problem təriqət və camaatların quruluşlarından qaynaqlanır.

Birincisi, bunları kontrol və nəzarət edəcək güclü bir dini rəhbər, avtoritet və mexanizm yoxdur. Camaatların üzərində dini bir nəzarət sisteminin olmaması onların sərbəst hərəkət etmələrinə və öz sistemlərini təşkil etmələrinə səbəb olmuşdur.

İkincisi, hansı camaatın və təriqətin doğru və hansının yanlış olduğunu ölçəcək bir meyar və kriteriya yoxdur. Təriqət və camaatların şeyxinin özlərini dini rəhbər və lider görməsi hər əşeyi edə bilmə duyğusunu yaratmışdır.

Üçüncüsü camaat və təriqətlərin iyerarxik quruluşu islami üsullarla; ləyaqət, elm, təqvaya görə təşkil olunmamışdır.

Dördüncüsü təriqət və camaatların istər iqtidar və istərsə müxalif siyasətçilər tərəfindən “səs mənbəyi” olaraq görmələri, seçki zamanı camaat və təriqət şeyxlərinin əl-ətəyinin öpülməsi, dövlət büdcəsindən bunlara pay verilməsi, bu təriqət və camaatları gücləndirən faktorlardır.

Təqva və imandan uzaq hər kəs əxlaqsızlıq edər; istər din adamı olsun, istər millət vəkili, istər iş adamı, istər fəqir. Əxlaqsızlığın, istismarın və təcavüzkarlığın qaynağı insanın iffət duyğusunun zədələnib, namus pərdəsinin yırtılaraq şəhvətə əsir düşməsidir.

Əxlaqsızlığı tətikləyən faktorlar cəmiyyətdə çoxaldıqca təcavüzlər də artacaqdır. Fərdi təqvasızlıq, xalqın cəhaləti, zinanın cinayət kimi görülməməsi,  zina, istismar və təcavüzün arasında fərq qoyulması -  əxlaqsızlığın əsas ünsürləridir.

Problem sadəcə kiçik qıza təcavüz deyildir, bu əxlaqsızlıq 18-20 yaşından böyük birinə edilmiş olsaydı da, əxlaqsızlıq olmayacaqdımı?

Hər gün minlərlə zinanın həyata keçirilməsi,  fəsadın yayılması, cəmiyyətin əxlaqını pozan fəsad yuvalarının qanun çərçivəsində iş yeri olaraq varlıqlarını davam etdirmələri əxlaqsızlığı qanuniləşdirmirmi?

Əxlaqsızlıq istismar və təcavüz edən camaat şeyxi həbs olunub cəzalandırılmalıdır, amma bu cəmiyyətin əxlaqi problemlərini həll etmiş olmayacaqdır.

Din qaynağından və əhlindən alınmadığı və öyrənilmədiyi müddətə qədər bu problemlər yaşanacaqdır.

Xəbəri paylaş

Yazarın bütün yazıları