Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

Rusiya - Ukrayna müharibəsinə vilayət pəncərəsindən baxmaq

Nə mütləq olaraq müharibə Quranın ruhuna ziddir, nə də hər zaman sülh uyğundur.

 Müharibə və sülh, döyüş və razılaşma, toqquşma və anlaşma insanın təbiətində var olan bir şeydir. İnsanoğlu birini insanları qorxutmaq, bir digərini isə təsəlli vasitəsi olaraq istifadə etmişdir. Halbuki müharibə və sülh Allahın ədalət və nizamın təmin edilməsi üçün insanlara bəxş etmiş olduğu iki vasitəsidir.

Quran insanlar və ya toplumlar arasındakı müharibə və sülhün ədalət təməlli olmasını əmr edər.

İkinci dünya müharibəsini qazananlar fərqli ölkələri işğal və istismardan sonra bu gün müharibə ərəfəsindədirlər. İllərlə bütün dünyaya qərb mədəniyyətini tərif edib durmaqdadılar. Müharibənin geri qalmış ölkələrin bir xüsusiyyət olduğu düşüncəsini yaydılar. Asiya, Qərbi Asiya və Afrikadakı müharibələrin geri qalmışlıqdan, cahillikdən qaynaqlandığı təəssüratını göstərməyə çalışdılar.

İnsanların hafizəsi zəif ola bilər , amma tarixin hafizəsində həmişə qalmışdır; insanlığın ən böyük müharibə və qətliamlarının Avropada yaşandığı, avropalılar tərəfindən həyata keçirildiyi tarix arxivlərində mövcuddur.

Hətta Avropa xaricindəki müharibə, işğal, qətliamların və soyqırımların sözdə mədəniyyət beşiyi qərblilər tərəfindən həyata keçirildiyi bütün toplumların hafizəsinə yazılmışdır.

BMT, Təhlükəsizlik Şurası, Avropa Birliyi, NATO, İMF, Dünya Ticarət Mərkəzi. İnsan haqları məhkəməsi… kimi quruluşlar və imperial qruplaşmanın müdafiə zirehidir.

Ən dəhşətlisi isə odur ki, son əlli ildə ölkələri vəkalət müharibələri ilə qorxudub, sülh, demokratiya, azadlıqla aldadıb əsarətə salıblar.

Dünya Ukraynada növbəti vəkalət müharibəsinin şahidi olur. Ayətullah Xameneinin dediyi kimi, “Ukrayna Amerika başda olmaqla istikbar cəbhəsinin ortaya atdığı bir qurbandır.

Rusiyanın Ukraynanı işğal etməsi, Rusiyanın imperial xasiyyətindən qaynaqlanmaqdadır.

Rusiya öz mənafeyini qorumaq üçün -  əmniyyətini təhlükəyə salan ABŞ və NATO imperial istikbar qrupuna qarşı onların əlaltılığını edən bir ölkəni işğal etmişdir.

Rusiya iqtisadi olaraq böyük ziyan görəcəyini bilir, amma hərbi və siyasi üstünlük əldə edəcəyini və super güc olmasının lazım olduğunu da hesablamışdır.

Əgər bir ölkə işğala məruz qalırsa, bunun arxasında müəyyən bilinməyən amillər dayanır. Bu məsələ düzgün analiz edilməlidir. Demək istərdim ki, televiziyadakı siyasi, hərbi və akademik analitiklər uğursuzluğa düçar oldular, amma görünən odur ki, hadisəyə ABŞ və NATO prizmasından baxırlar. Yəni onlar bilərəkdən, istəyərək "qərb sabitlik cəbhəsi"nin xeyrinə bu təhlilləri edirlər və etdirirlər.

Bəzi müsəlmanların, ABŞ və AB düşmənçilikdən və Ukraynanın onların əlaltısı olduğuna görə, Rusiyanı haqlı kimi göstərməyə çalışmaları nə qədər düzdür, düşünmək lazımdır.

Müsəlman analitiklərin hələ özlərinə bir perspektiv təyin etməmələri tamamilə faciədir. Olaylara baxışları, analiz kriteriyalarının vilayət xətti ruhuna uyğunluğu təkrar gözdən keçirilməlidir.

Rusiyanın Ukraynanı işğalı uzun bir müharibənin başlanğıcı olacaq kimi görünür. Amerikanın çöküş prosesinə girməsi, Rusiya və Çin kimi yeni imperial güclərin güclənməsi müharibəni iqtisadi sahədən hərbi sahəyə çəkərmi, bunu zaman göstərəcək.

Rusiyanın başda Amerika olmaqla istikbar qrupunun qarşısında durma cəsarətini hardan aldığı isə tam bir müəmmadır.

Görəsən İran İslam inqilabından almış ola bilərlərmi, deyə düşünmək olar bəlkə də.

40 ildir İslami İranın Istikbar qrupunun embarqo, sanksiya və basqılarına baxmayaraq Vilayət xəttindən güzəştə getməməsi, məğlubedilməz göstərilən ABŞ və sionistlərə müqavimət cəbhəsilə zərbə vurması, xalqları istikbara qarşı oyandırması, İmam Xomeyninin (ra) „İnqilabı bütün dünyaya ixrac edəcəyik“ fikrinin bir təcəllisi deyildirmi?

Əlbəttə digər tərəfdən istədiklərini əldə etdiyi təqdirdə İran üzərində də basqı qurması ehtimalı böyükdür; belə ki, İranın 5+1 ölkələrilə bağladığı nüvə sazişində ABŞ oyundan kənar vəziyyətə düşüncə, Rusiya „rəis“ olmağa oynayacaqdır, özünü „açar ölkə“ vəziyyətinə gətirməsini düşünərək İrana təzyiq edəcəkdir.

 Bir digər nöqtə isə Rusiya qazının Avropaya axışı kəsilərsə, İran qazının Avropaya nəqlini əngəlləməyə çalışacaqdır, indiyə qədər olduğu kimi…

Xəbəri paylaş

Yazarın bütün yazıları