Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

Ərbəin Yürüşündə bayraq

İmam Hüseyn (ə) qiyamı ümumbəşəridir; heç bir məzhəbə, heç bir millətə, heç bir zamana və heç bir məkana aid deyildir.

Ərbəin yürüşü bir bayraq yarışıdır, bayraqlı yarışdır. Hüseyn aşiqləri əvvəlki nəsillərin gətirdiyi Hüseyni qiyamın bayrağını alıb gələcək nəsillərə ötürmə yarışıdır. Bayraqlı yarışdır; İmam Hüseyn  bayrağının yanına öz bayrağınızı qoyun ki, ətirlənsin.

İmam Hüseyn (ə) qiyamı ümumbəşəridir; heç bir məzhəbə, heç bir millətə, heç bir zamana və heç bir məkana aid deyildir.

İmam Hüseyn (ə) qiyamı  tohidi qiyamdır, İlahi Nurun bütün zaman və məkanlarda bəşəriyyətə əks olunmasıdır.

Ərbəin təkcə şəhadətin deyil, bu qiyamın qırxıncı günü və kamala çatmasıdır.

Ərbəin, din mədəniyyətini əhya edən Hüseyni qiyamı tanımaq üçündür.

Ərbəin yürüşünün ümumbəşəriliyi hər kəsin öz adətilə bu yürüşlərə qatılmasıdır. Hər millətin öz mədəniyyətilə töhvə verməsidir, hər təşkilatın sahib olduqları ilə görkəmli olmasını təmin etməsidir.

İmam Hüseyn (ə) bir millətə aid olmadığı üçün, hər millət öz bayrağı ilə qatılıb, dünyaya bayraqlarının Ərbəin yürüşündə dalğalandığını göstərməsi, fərqli rənglərdəki yüzlərlə bayrağın İmam Hüseyn (ə) bayrağının yanında dalğalanması, dünyanın hər yerindən tək nöqtəyə “İmam Hüseynə” hərəkət etməsi Tohid düşmənlərini qorxutmaqdadır.

Ərbəin yürüşünə qatılan aşiqlərinə xidmət üçün açılan çadırların öz adlarını, xalqların  bayraqlarını istifadə etmələri önəmlidir; bunun özü bir mesajdır. Ayrılıq deyildir, sui-istifadə deyildir, mənfəətçilik deyildir, riyakarlıq deyildir, təfriqə deyildir.

Fərqli millətlərin, fərqli dillərə sahib olanların, rəngli bayraqların, təşklata aid bayraqların və qrupların emblem, loqoların vurulduğu bayraqlarla birlikdə eşq yürüşündə bir hədəfə doğru hərəkətləri ümumbəşəriliyin nişanəsidir.

Birlik, vəhdət hər kəsin aid olduğu dəyərləri tərk etməsi deyildir.

Bəzilərinin bunu qınaması və səhv olduğunu social şəbəkələrdə paylaşmaları, bu eşq yürüşünü bütün yönlərilə incələmədiklərinin nəticəsidir. Bir İran, bir İraq, bir Livan, bir Pakistan, bir Əfqanıstan, bir Azərbaycan bayrağının dalğalanması ilə necə qürurla  İmam Hüseynə (ə) gedirlərsə, bir Türkiyə bayrağının da dalğalanaraq İmam Hüseynə (ə) getməsi o qədər önəmlidir.

Türk bayrağını Kərbəlada dalğalandırın; Dünya görsün "Ay Ulduzlu" bayraq sərhədlərdən kənarda, təkcə BMT binası önündə, NATO qərargahında deyil, Eşq Diyarının səmalarında da dalğalanır.

Bu ümumbəşəri yürüşün içinin elm, mərifət, mənəviyyat, eşq ilə doldurulmasına töhvə verilməsi lazımdır; bizlər öz dinimizdə və ya bildiyimiz bütün dillərdə şeir, yazı, rəsm və ya qiyamı anladan bukletlərlə Ümumbəşəriliyinə  töhvə verməyimiz lazımdır.

Təşkilatçılıq edənlərin əllərindən gələn budur, siz əlinizdən daha yaxşısı gəlirsə buyurun edin, heç kim başqasına əngəl yaratmır. Sizlər daha yaxşısını edin, səhvləri düzəldin, daha mükəmməl olmasını təmin edin. Gözəl teoriyalarınız və fikirlərinizlə bu yürüşün məzmununu gücləndirin.

İmam Hüseyn adından aldatmaq,  hisslərdən istifadə etmək, insanlara kələk gəlmək, yarı yolda qoymaq, verilən vədləri yerinə yetirməmək əlbəttə doğru deyildir, amma unutmamaq lazımdır ki, qəlbləri bilən Allahdır.

Evdə oturub niyyət oxumaqdan vaz keçmək lazımdır. İxlas ilə çalışanların işlərini görmək istəməmək, İmam Hüseyn qiyamına xidmət deyildir.

Ərbəin yürüşü Hüseyni eşqi tanıtmaq üçün bayraq yarışıdır, bayraqlı yarışdır.

Xəbəri paylaş

Yazarın bütün yazıları