Ziya Türkyılmaz YAZARLAR
Ziya Türkyılmaz

Qüdsün yolu Kərbəladan keçir...

O zaman çox az sayda şəxsdən başqa heç kəs Beynəlxalq Qüds Gününün elanının bu cür təsir və müsbət nəticələr yaradacağını ehtimal vermirdi...

 Bismillah

Təzkiyyə və hazırlıq ayı Ramazan ayının son cüməsinə yaxınlaşdıqca möminlərin qanları hərəkətlənməyə, çoşmağa, qaynamaya başlayır. Çünki Qüds günü yaxınlaşmaqdadır.

Beynəlxalq Qüds Gününün elanı möminlərin ilk qibləsinin olduğu Məscidi Əqsanın - müqəddəs torpaqların işğal altından azad edilməsi yönündəki atılmış ilk təsirli addımdır.

Nur içində yatsın; İmam Xomeyni (r) Qüds Gününü elan edərkən sahib olduğu bəsirət və irfani dərinliklə bu günləri və bundan sonrakı günləri görməkdəydi.

İslam İnqilabının İranda qələbə çalmasından 6 ay keçmişdi ki, 7 Avqust 1979-cu il 13 Ramazan 1399 tarixində müsəlmanlara və müstəzəflərə səslənən İmam Xomeyni tarixin seyrini dəyişdirəcək bir elan verdi.

İmam Xomeyninin biz müsəlmanlara hədiyyə etdiyi Beynəlxalq Qüds Günü, təkcə Fələstin və Qüdslə məhdud deyildir.

Beynəlxalq Qüds Günü, üç əsrdir müstəkbir güclərə bir çox cəhətdən məğlub olmuş, geridə buraxılmış bir ümmətin yenidən oyanışı, ayağa qalxması və vəhdətini simvollaşdırır.

O zaman çox az sayda şəxsdən başqa heç kəs Beynəlxalq Qüds Gününün elanının  bu cür təsir və müsbət nəticələr yaradacağını ehtimal vermirdi.

İllər keçdikcə, qərblisi və şərqlisilə bütün müstəkbir güclərinin burnunun yerə sürtüləcəyi günün müjdəsi və başlanğıcıdır.

Rəhmətlik İmam, “Qüdsün yolu Kərbəladan keçər” dediyi günlərdə İran, müstəkbir güclər tərəfindən Bəəsçi Səddam Hüseyn vasitəsilə müharibəyə məcbur edilmişdi. Bəziləri bunun İranlı döyüşçüləri coşqulandırmaq üçün deyilmiş bir söz olduğunu düşünürdülər.

Amma aradan zaman keçdikdən sonra İmamın nə qədər uzaqgörən və dərin fikirləşən olduğunu isbatlandı. Kərbəla, İraqla birlikdə olmadan Şama, Livana və son hədəf Fələstinə, həsrətini çəkdiyimiz Qüdsə, Məscidi Əqsaya çatıla bilməyəcəyi daha yaxşı anlaşılır.

Bu gün başda ABŞ olan Qərb müstəkbirlərinin və içəridəki müttəfiqlərinin kuklalarının hamısı birlikdə İraq, Suriya və Livanda qurduqları saysız hesabsız planlar və cinayətləri bu baxımdan dəyərləndirməmiz lazımdır.

“Qüdsün yolu Kərbəladan keçər” sözünün bir mənası da bu yolda olanların Hüseyni olmaları, İmam Hüseynin izində getmələri kimi şərh edilə bilər.

 

Yuxarıdakı cümlələrdəki uca məna və prinsipləri haqqı ilə idrak etmiş Qüdsün Hüseyni yolçuları yola çıxmışdırlar artıq. Pakistandan, Əfqanıstandan, İrandan, İraqdan,  Bəhreyndən, Livandan və Yəməndən Hüseyni mücahidlər həlledici müharibədəki yerlərini almaq üçün yavaş yavaş ayağa qalxarkən bu cəbhənin başqa coğrafiyalardan müsafirləri də zamanı gələndə, Hüseynə verdikləri sözü dərk edərkən oturduqları yerdən qalxacaq, əvvəlkilərin davamçısı olaraq Qüds cəbhəsindəki yerlərini tutacaqlar, İnşallah.

Qərb müstəkbirliyinin bölgədəki təmsilçisi Sionist işğalçı rejimin Suriyaya qarşı hava hücumlarını son zamanlar artırması, ABŞ-ın İŞİD ölüm maşınlarını İraqda yenidən hərəkətə gətirməsi və kirayəlik, muzdlu işçilərini İraq və Livanda yenidən meydanlara yönləndirməsi; Suriya və Yəməndə işğal, talançılıq və cinayətlərini davam etmələri; Almaniya və digər Avropa ölkələrinin Livan Hizbullahına yaxın məscid və mədəniyyət mərkəzlərini bağlamaları; Facebook, İnstagram və Twitter kimi sosial şəbəkələrin müqavimət cəbhəsi tərəfdarlarının hesablarını bloklaması və s. işlər Qüds yolçularını durdurmaq istiqamətində acızlik və çarəsiz çırpınışlardır.

Müqavimət Cəbhəsi adını saydığımız prioritetləri başda olmaqla, hər yerdə yavaş-yavaş  formalaşmaqda və inkişaf dövrünü keçirir. Müstəkbirlərin yuxarıda saydığımız hiylə planları və cəhdləri bu cəbhənin hərəkatını  Allahın iznilə əngəlləyə bilməyəcəkdir.

Beynəlxalq Qüds Günü İmamın təyin etdiyi hədəf istiqamətində missiyasını davam edərkən, müstəkbirlər, içimizdəki onlarla işbirliyində olanlar və uca dəyərləri anlamaqda çətinlik çəkən təkfirçi anlayışın da Şeytanın əmrləri və planları istiqamətində vəzifələrini yerinə yetirmələrinə təəccüb etməməlidirlər.

İslam dünyasının müxtəlif bölgələrindəki saxta Qüds heyranları isə müstəkbirlərə qarşı mübarizədə indiyə qədər şüardan başqa heç nə etmədilər və bundan sonra da edən  deyillər. İqtidarlarını davam etmək üçün müsəlman xalqların başını qatanların bu meydandan əldə etdikləri sadəcə özlərini və xalqı aldatmaları olacaqdır. Sionist canilər və baş hamiləri də zatən bu saxtakarların mahiyyətini bildikləri üçün bunları ciddi qəbul etmir.

Söz və dediklərində səmimi olmayanların, Müqavimət Cəbhəsinin bu yoldakı uğurlarını həzm edə bilməyənlərin çata biləcəkləri nöqtə isə gec-tez aldadıldıqlarını etiraf eməkdir, amma müstəzəf xalqları aldatmağın cəzası Allahın qatında şübhəsiz çətin olacaqdır.

Ramazanın son Cüməsinə yaxınlaşarkən koronavirus epidemiyasına görə, gözləmədiyimiz durumu da diqqətə almalı və Beynəlxalq Qüds Gününü canlı saxlamaq üçün keçmiş illərdən daha çox iş görməliyik, İnşallah...

Xəbəri paylaş

Yazarın bütün yazıları