ABŞ-ın BMT-dəki (BMT) Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili Doroti Şi bəyan edib ki, Vaşinqton administrasiyasının ötən gecə İrana hava zərbələri “İsraili qorumaq” məqsədi daşıyır.
Az.rasthaber.com xəbər verir ki, ABŞ dünən gecə saat 2:00 radələrində İranın Fordo, Natanz və İsfahandakı yeraltı nüvə obyektlərinə hücum edib.
Hücumun hədəfinin İrandakı “nüvə obyektləri” olduğu iddia edilsə də, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya “təşəkkür” edib və “ Tanrı İsrailəi qorusun, Tanrı ABŞ-ı qorusun” deyib.
ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Doroti Şi də ABŞ-ın İrana hava hücumundan sonra toplanan BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib.
ABŞ-ın BMT-dəki nümayəndəsi bildirib ki, İrana hücumların məqsədi BMT Nizamnaməsinə uyğun olaraq “İsrailə özünü müdafiə etməkdə kömək etməkdir”.
"İran Yaxın Şərqdə onilliklər boyu davam edən səfalət və saysız-hesabsız ölümlərə görə məsuliyyət daşıyır" deyən Şi Tehranı "uzun müddətdir nüvə silahı proqramını gizlətməkdə və son danışıqlarda xoş niyyətli səylərə mane olmaqda" günahlandırıb.