Ziya Türkyılmaz YAZARLAR
Ziya Türkyılmaz

İlahi imtahan və möminlərin səbri

Dr. Ziya Türkyılmaz İlahi imtahan və Möminlərin səbri barədə

Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz! (Ali İmran 139)

Yer üzündəki bütün hadisələr Sünnətullah dairəsində, ilahi qanunlar çərçivəsində inkişaf edir.

Haqq-batil mübarizəsi səflər tamamilə müəyyənləşənədək, həqiqi möminlər ortaya çıxanadək, münafiqların ikiüzlülüyü hamı tərəfindən bilinənədək davam edəcək.

Beynəlxalq hakimiyyət sisteminin İslam İnqilabına, Müqavimət Cəbhəsinə düşmənliyinin sona çatmasını gözləmək sadəlövhlük olar. Bu yolda əziz komandirlərin şəhid olması, möminlərin çətinliklərə dözmələri ilahi imtahanın bir hissəsi kimi görülməlidir.

İlahi vəd gərəyincə bu mübarizə səmimi möminlərin qəti qələbəsi ilə nəticələnəcək. Lakin yetkinliyə, olğunluğa, Allah rızasını qazanmağa çatmaq ağır sınaqlardan keçməyi tələb edir. Allahın möminlər haqqındakı vədinin gerçəkləşməsi Sünnətullahın qanun və qaydalarına, şərtlərinə riayət edilmədən, keçmiş ümmətlərin, peyğəmbərlərin dözdükləri çətinliklərə dözmədən mümkün deyil.

Hadisələri bu prizmaladan qiymətləndirməli, bu qaydanı şəxsi, ictimai və ümmət planında həmişə nəzərdə tutmalıyıq. Bu qaydaya riayət edildikdə haqqın batila qələbəsi inşallah gerçəkləşəcək və o günlər uzaq deyil. Allah səbr edənlərlə birgədir.

Xəbəri paylaş

Yazarın bütün yazıları