İran İslam İnqilabının Rəhbəri Ayətulah Xamenei ABŞ bayrağının yanan şəkli ilə verdiyi açıqlamada “Biz heç bir təzyiqə boyun əyməyəcəyik, bu İran xalqının məntiqidir” mesajını verdi.
Az.rasthaber.com xəbər verir ki, Ayətullah Xamenei ilk açıqlamasını İranın ABŞ bazalarına hücumundan sonra verib.
Ayətullah Xamenei sosial media hesabında yanan ABŞ bayrağı şəkli ilə mesaj paylaşaraq, “Biz heç kimə hücum etməmişik və heç kimin bizə hücum etməsinə icazə verməyəcəyik və heç vaxt heç kimin hücumuna təslim olmayacağıq, bu, İran xalqının məntiqidir” deyib.
Ayətullah Xamenei həmçinin bildirib ki, İran xalqı bu mövqeyini nümayiş etdirməyə davam edəcək.