Bu səbəbdən də bu rejim məhv edilməli idi. ABŞ və onun bölgədəki müttəfiqləri İsrailin təhlükəsizliyini təmin etmək üçün əl-ələ verib Suriyada qarışıqlıq yaratmağa başladılar.
Amma Suriya hökumətini devirmək üçün onlara bəhanə lazım idi. Dünyanın müxtəlif yerlərindən toplanaraq gətirilən təkfirçi döyüş maşınlarını həvəsləndirmək lazım idi.
Bəhanə tapıldı: Suriyadakı rejimin başçısı Bəşər Əsəd nüseyri ələvi idi. Ələvilik-şiə düşmənçiliyi Amerika və İsrail üçün əvəzsiz silah idi.
Orta Asiya ölkələrindən (Əfqanıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Şərqi Türküstan və Ərəb ölkələrindən) gətirilən zehni manipulyasiyaya məruz qalmış gənclərin hədəfi kimi ələvi-şiə düşmənçiliyi göstərildi.
Bu motivasiya ilə on ildən artıqdır ki, tarixin ən amansız qətllərini törədən qırğın maşınları olan bu terror dəstələri ABŞ-ın istədiyi kimi Suriyadakı rejimi ələ keçirdilər.
(Bundan sonra) Ələvi şiə qətliamının reallaşdırılmasına növbə çatdı və bu hal hazırda Suriyada həyata keçirilir.
Bu Ələvi qırğınına qarşı haqlı olaraq öz reaksiyalarını bildirənlər SİYASİ ƏLEVİLİK kimi təqdim olunmaqda ittiham olunurlar.
Dünən bu terrorçu dəstələrə sığınacaq verən, onları silahlandırıb Suriyaya gətirənlər bu gün Suriyada ələvi şiə qırğınının əsas məsullarıdır.
Suriyada əslində Ələvi hökuməti deyil, pan-ərəbist Bəəs rejimi idi və bu rejimi təşkil edən heyətin 80-90%-i sünnilərdən ibarət idi.
Amma Türkiyədə əhalinin ən azı 20-25 faizini təşkil edən ələvilər arasında bir nazir, bir general tapa bilməzsiniz.
Bu faktlar nəzərə alındıqda kimin məzhəbçilik etdiyini, kimin məzhəbçiliyi alət kimi istifadə etdiyi daha yaxşı başa düşülür.