Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

Mehdiliyin strategiya və metodologiyası

Artıq hər kəs heç bir şeyin əvvəlki kimi olmayacağını bilir. Yeni dünya düzəninin qurulacağına az-çox ehtimal verə bilir.

Əsil cavabı verilməsi lazım olan sual budur; bu yeni dünya düzəni layihəsinin qarşısında müsəlmanlar nə düşünür; inanclarını bu yeni dünya nizamı damı altında yaşamağımı seçəcəklər, yoxsa bu sistemin qarşısında bir alternativ təqdim etməyi düşünürlərmi?

Müsəlmanlar milli dövlətlərin onların mənfəətlərini qoruyacaqlarına inandıqlarına görə, öz dövlətlərini qoruma seçimini dəstəkləyəcəklər. Çünki müsəlmanların çoxunun Qlobal bir dövlət düşüncəsi olmadığına görə reqional milli dövlətlərin güclənməsini seçəcəklər, zira inanclarının sadəcə milli dövlət sayəsində var ola biləcəklərinə inanırlar.

Buna görə, bəzi araşdırmaçılar, elm adamları və strateqlər yeni dünya dövlərinin hegemoniyasından qurtulmağın yolunun milli dövlətləri gücləndirmək olduğu ilə bağlı düşüncəni yayırlar. Halbuki bu milli dövlətlər indi də dolayısı yolla onların hegemoniyasındadırlar.

Mehdiliyin təməlini “Ubudiyyət” təşkil edir. İlahi höccətin ubudiyyəti, varlıq aləmini ayaqda tutmaqdır. İlahi feyz O-nun qul olmasının kölgəsində yer üzünə nazil olur.

İnsanların həyatının təməlini də “ubudiyyət” təşkil etməlidir, ubudiyyət ilə fərdi təkamül

olmadan ictimai təkamül təmin edilə bilməz.

“Ubudiyyət” – Allaha qul olma təməlində Mehdiliyin ilk strategiyası zamanın imamını tanmaqdır; digər bütün strategiyalar O tanındıqdan sonra məna qazanır.

Həzrət Mehdini (ə.f) tanımaq; “Yer üzündə höccət olmazsa yer üzü həlak olar” və “zamanın imamını tanımadan ölən cahiliyyə vaxtı ölən kimidir”  kimi hədislər, insanın bir qul olaraq Mütəal Yaradanın yer üzündəki höccətinin tanınmasının vacibliyini göstərir.

Zamanın imamını tanımaq  təabbudi olaraq qəbul edilməklə iman edilməlidir. Amma hər zamanın ilahi höccəti elmi və əqli iman ilə tanınmalıdır. Zamanın imamının vacibliyinin hikməti və hədəfi tanınanmadan yaradılışın hədəfinə çatmaq mümkün deyildir.

Mehdilik inancının strategiyaları:

1-ci strategiya: Hədəfi təyin etmək: İnsanın bir hədəfi olmalıdır. İnsanın hədəfi, Yaradanın hədəfilə üst-üstə düşməlidir. Əks təqdirdə çatacağı yer zəlalətdir. Allah, Xaliq/yaradan olduğu üçün insanın məqsədi Allahın hədəfi istiqamətində hərəkət etmək olmalıdır.

Hər şeyin sirri Yaradanın nə üçün yaratdığında gizlənir. Varlıq aləminin yaradılmasının hikmətində gizlidir.

Allahın varlıqları xüsusilə də insanı niyə yaratdığının kölgəsində insanın hədəfi şəkillənir. İnsanın həyatının başlanğıc, sonu və hədəfə doğru gedəcəyi yön, bu hədəf sayəsində təyin olur. Mehdilik inancında ən önəmli nöqtə insanı bu hədəfə çatdırmaqdır.

2-ci strategiya; Ağılı istifadə etməyi təmin etmək; Mehdilik inancının ikinci strategiyası insanın ağlını istifadə etməsini təmin etməkdir. Ağlını istifadə etməyən insan “düşünə bilmir” deməkdir.

Düşünməyən insan qlobal hədəf üçün düşüncə istehsal edə bilməz, qlobal düşünə bilməz.

Ağıl insana verilmiş ən böyük nemətdir. Mütəal Yaradan ağlı çox dəyərli xəzinələrlə təchiz etmiş, bu xəzinələri kodlayaraq insanın fitrətinə yerləşdirmişdir. Peyğəmbərləri də bu kodları çözmələri üçün göndərmişdir, son höccət olan Həzrət Mehdi (ə.f) bu kodları çözərək insanları kamala çatdıracaqdır. Əqlini istifadə etməyənlər kodları çözə bilməzlər.

3-cü strategiya; Gələcəyə ümidli olmağı təmin etmək; Mehdilik inancı insanlara ümid aşılayır. Dünyadakı problemlər; zülm, fəqirlik, əxlaqi dəyərlərin yox olması, xəstəliklər, müharibələr, qətliamlar -  insanın gələcəyə qarşı ümidlərini aşağı salır. Qlobal təbii fəlakətlər və xəstəliklər insanları qorxu, narahatlığa sürükləyir. İnsanlar gələcəyə ümidsizləşərək, bu ümidsizlik onların həyatlarına hopur.

Dünyanın belə davam etməyəcəyi, bu durumun qədər olmadığı, dəyişə biləcəyi və gələcəyə ümidli olmaqla bağlı məsələləri anlatmaq lazımdır.

Mütəal Yaradanın insanı öz başına buraxmadığı, hər an onları müşahidə edib qoruduğu və İlahi Höccət ilə fırtınalı okeandan qurtuluş sahillərinə çatdıracağını bilmələri - insanlara ümid verməkdədir.  

4 – cü strategiya – İnsanın öz iradə və ixtiyarı ilə hərəkət etməsini təmin etmək; İnsanlar haqqı haqq olduğu üçün öz iradəsilə qəbul etməlidir. Hədəfi öz iradəsilə seçməli, seçdiyi yolu öz ixtiyarı ilə getməlidir. Haqq, ədalət, azadlıq kimi insanın fitri haqları zorla, təhdid və ya basqı ilə əlindən alına bilməz və ya qəbul etdirilə bilməz.

İmam Hüseynin (ə) Aşura gecəsi yanındakılara “Mən beyətimi götürdüm, istəyən buradan gedə bilər” deyə buyurması, bu əsas strategiyadan qaynaqlanır. İnsanlar gedəcəkləri yolu azad  iradələrilə seçməlidirlər.

5-ci strategiya; Gələcək nəsil Mehdilik inancı ilə proqramlamaq; Yeni dünya düzəni layihəsinin sahibləri gələcək nəsli proqramlayırlar. Yeni nəsilin beyinləri kirlənmədən İslam yenidən inşa edilməlidir; insanlıq tarixinin qədərini təyin edəcək, dünyanın gələcəyini xilas edəcək və gələcəyin dünyasını quracaq olan Mehdilik düşüncəsilə yeni nəslin beyni proqramlanmalıdır.

İnsanların beyinləri “Mehdilik qlobal ədalət dövlətini” anlayacaq səviyyəyə gəlməlidir.

Klassik İslam anlayışı Mehdilik qlobal düşüncəsini idrak edəcək səviyyədə deyildir. Mövcud anlayış ictimaiyyətin problem, çətinlik və suallarını həll etməkdən çox uzaq ikən, qlobal bir düşüncəni qavraması gözlənə bilməz.

6 – cı strategiya; Gələcək nəsli Mehdiliyi anlayacaq səviyyəyə gətirmək; Həzrəti Mehdi (ə.f) günəşin özünə bənzədilmişdir, doğuşuna və ya üfüqunə deyil.

  1. Günəşin doğduğu yerin üfüqünə sahib olanlar anlaya bilməzlər, sadəcə doğuşunu gözləyər və sadəcə onu görər
  2. Günəşin gündüz seyr etdiyi üfüq qədər üfüqü olan da anlaya bilməz, çünki o sadəcə doğuş və batma arasını görər.
  3. Günəşin bir günlük seyri qədər üfüqi geniş olanlar anlayarlar. Çünki onlar üçün davamlı vardır. Günəş əsla batmaz, qaranlığa batan dünyanın özüdür.

Mehdilik insanları günəşi həyatı boyunca, davamlı görmə səviyyəsinə çıxarmaq istəyir. İnsanlığın qurtuluşu ancaq Günəşi təqib etməsilə mümkündür.

Xəbəri paylaş

Yazarın bütün yazıları