HƏMAS sionist rejimin son 18 ayda müharibə məqsədlərindən heç birinə nail olmadığına toxunaraq deyib ki, bu rejimin Qəzzədə əməliyyatı genişləndirilməsi ilə bağlı razılığı sionist əsirləri qurban vermək deməkdir.
Beynəlxalq aviaşirkətlər Yəmənin Ənsarullah Hərəkatının mayın 4-də soyqırım törətmiş sionist İsrailin Ben Qurion hava limanına endirdiyi ballistik raket zərbəsindən sonra Təl-Əvivə uçuşların dayandırıldığını elan ediblər.
Yəmənlilərin Qərbin ən müasir hərbi texnikası və dəstəyinə malik sionist rejimə qarşı hava və dəniz blokadası müşahidəçiləri və analitikləri təəccübləndirib və bu rejimin Nazirlər Kabinetinə siyasi və hərbi təzyiqləri artırıb.