Ənsarullah: Əlimizdən gələn hər şeylə İrana kömək edəcəyik!

Ənsarullah: Əlimizdən gələn hər şeylə İrana kömək edəcəyik!

Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi İsrailin İran İslam Respublikasına hücumlarına cavab olaraq verdiyi açıqlamada, İranı və Fələstin xalqını tam dəstəklədiklərini vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, Seyid Əbdülməlik əl-Husi İsrailin İrana qarşı hərəkətləri və bölgədəki müharibələrlə bağlı bunları deyib:

Biz İranın İsrailin hərəkətlərinə reaksiyasını təqdir edirik və əlimizdən gələn hər şeylə İrana kömək edəcəyik”.

O, həmçinin aşağıdakı açıqlamaları verib:

Hər hansı İslam ölkəsi İsrailə qarşı müharibəyə başlayarsa, onlara dəstək olmaq bizim insani, dini və mənəvi borcumuzdur”.

Əl-Husi sözlərini belə davam etdirdi:

Bizim mövqeyimiz aydındır və biz həmişə Qəzza və Fələstin xalqının yanında olacağıq və İsrailə qarşı bu açıq müharibədə onlara kömək edəcəyik”.

Xəbəri paylaş

VİDEOLAR