Yəmən ordusu əl-Beyda vilayətində Amerikaya məxsus PUA-nı yerli raketlə vurduğunu açıqlayıb.
Rusiya Təhlükəsizlik Şurasının katibi İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinə başsağlığı məktubunda rəsmi Moskvanın İran prezidenti və digər şəxslərin helikopterinin qəzaya uğramasının təfərrüatları və səbəblərini araşdırmaqda kömək etməyə hazır olduğunu bildirib.
İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 35 456 nəfərə yüksəlib.
İran prezidenti Seyid İbrahim Rəisi 23 may tarixində Məşhəd şəhərində dəfn ediləcək.
Şimali Koreya lideri Kim Çen In İran prezidentinin müavini Məhəmməd Muxbirə başsağlığı mesajı göndərib.
İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında şəhid olanlarla əlaqədar başsağlığı verib.
Təbrizdə helikopter qəzasında şəhid olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla vida mərasimi başlayıb.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) üzvləri İran prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Abdullahiyan və onu müşayiət edən şəxslərin helikopter qəzasında həlak olması münasibətilə bir dəqiqəlik sükutla yad ediblər.
Nazirlər Kabinetinin iclasından sonra açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidentinin şəhid olduğu helikopter qəzasından sonra Türkiyədə bir günlük matəm elan edildiyini açıqlayıb.
Sionist İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan dünən helikopter qəzasında şəhid olan Rəisi və onu müşayiət edən nümayəndə heyəti üçün bir dəqiqəlik sükutla yad edən BMT Təhlükəsizlik Şurasına reaksiya verib.