BMT TŞ üzvlərinin İbrahim Rəisini sükutla anması qatil İsraili özündən çıxardı

BMT TŞ üzvlərinin İbrahim Rəisini sükutla anması qatil İsraili özündən çıxardı

Sionist İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan dünən helikopter qəzasında şəhid olan Rəisi və onu müşayiət edən nümayəndə heyəti üçün bir dəqiqəlik sükutla yad edən BMT Təhlükəsizlik Şurasına reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, qatil İsrail dünən helikopter qəzasında şəhid olan İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyət üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında keçirilən 1 dəqiqəlik sükutla bağlı sərt reaksiya verib.

Sionist İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan öz videomüraciətində Qəzzada 40 minə yaxın mülki insanı qətlə yetirməmiş kimi İrana qarşı əsassız iddialar irəli sürüb və deyib:

“BMT Təhlükəsizlik Şurası girovlarımızı xilas etmək üçün heç bir səy göstərmədən bu gün İranda, İsraildə və bütün dünyada minlərlə insanın ölümünə görə məsuliyyət daşıyan şəxs qarşısında baş əydi. Təhlükəsizlik Şurası dünya sülhü üçün təhlükəyə çevrilib."

Xəbəri paylaş

VİDEOLAR