Şimali Koreya lideri Kim Çen In İran prezidentinin müavini Məhəmməd Muxbirə başsağlığı mesajı göndərib.
Az.rasthaber.com xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In helikopter qəzasında şəhid olan İran prezidenti Seyid İbrahim Rəisi ilə birlikdə olan heyət üçün İran prezidentinin müavini Məhəmməd Muxbirə başsağlığı verib.
Şimali Koreya lideri vurğulayıb ki, İran prezidentinin vəfatı dost İran ölkəsi və dünyada müstəqillik və ədalətə can atan insanlar üçün böyük itkidir.
Kim Çen Inın mesajında deyilir:
"İran prezidenti görkəmli dövlət xadimi və Şimali Koreya xalqının yaxın dostu idi. O, İran xalqının və onun dövlətinin suverenliyinin, inkişafı və mənafelərinin qorunması işinə böyük töhfələr verib.".