Livan Hizbullah Hərəkatının Baş katibi İranın mərhum Xarici İşlər nazirinin müqavimət hərəkatına dəstək roluna toxunaraq, İslam İnqilabının Ali Rəhbərinin müstəmləkəçi və işğalçı ölkələrə qarşı sərt müharibədə İslam ümmətinə rəhbərlik vəzifələrini öhdəsinə aldığını vurğulayıb.
Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah dünən Ayətullah Rəisi və yoldaşlarının şəhadəti ilə bağlı İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneiyə başsağlığı verib.
Seyid Həsən Nəsrullah İran İnqilabının Rəhbərinə müraciətində belə bir həssas mərhələdə bu görkəmli şəxslərin itkisinə görə onunla həmdərdlik etdiyini bildirib.
Hizbullah lideri vurğulayıb: “Bizim və bütün məzlumların, müqavimət qüvvələrinin və mücahidlərin ümidi Zati-alilərinin varlığı və müdrik rəhbərliyinizdir.”
İslam İnqilabının Ali Rəhbərinin müstəmləkəçi və işğalçı ölkələrə qarşı sərt müharibədə İslam ümmətinə rəhbərlik vəzifələrini öhdəsinə aldığını vurğulayan Hizbullah Hərəkatının Baş katibi bildirib: “Hüseyn Əmir Abdullahiyan bütün beynəlxalq dairələrdə müqavimətin müdafiə bayrağının daşıyıcısı idi.”