BMT TŞ üzvləri İran prezidentinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər

BMT TŞ üzvləri İran prezidentinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) üzvləri İran prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Abdullahiyan və onu müşayiət edən şəxslərin helikopter qəzasında həlak olması münasibətilə bir dəqiqəlik sükutla yad ediblər.

Az.rasthaber.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurasına müddətli sədrlik edən Mozambik səfiri Pedro Komissario Afonso zaldakıları şura iclasının açılışında Rəisi və onu müşayiət edən nümayəndə heyəti üçün bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Afonso deyib:

Sessiyanın əvvəlində Rusiya, Çin və Əlcəzair nümayəndə heyətlərinin xahişi ilə və Təhlükəsizlik Şurasının üzvləri adından mən bütün iştirakçılardan ayağa qalxmağı və helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bütün sərnişinlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmələrini, həlak olanların ailələrinə və İran İslam Respublikası xalqına başsağlığı vermələrini xahiş edirəm".

Xəbəri paylaş

VİDEOLAR