Nazirlər Kabinetinin iclasından sonra açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidentinin şəhid olduğu helikopter qəzasından sonra Türkiyədə bir günlük matəm elan edildiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası başa çatıb. Prezident Kompleksində qapalı keçirilən görüş təxminən 3 saat davam edib.
Görüşdən sonra açıqlama verən Ərdoğan deyib:
"Kabinet iclasımızda İran xalqının yaşadığı dərin ağrıları paylaşmaq üçün ölkəmizdə milli matəm günü elan etməyə qərar verdik".