Bloomberg: Türkiyə İsraillə bütün ticari əlaqələri dayandırıb

Bloomberg: Türkiyə İsraillə bütün ticari əlaqələri dayandırıb

Bloomberg-ə danışan iki türk rəsminin sözlərinə görə, Türkiyə İsraillə bütün idxal və ixracı dayandırıb.

Az.rasthaber.com xəbər verir ki, bu açıqlamadan sonra sionist rejimin xarici işlər naziri İsrael Katz açıqlama verib. Prezident Ərdoğanın İsraillə razılaşmaları pozduğunu bildirən Katz, İsrailin yerli istehsala və digər ölkələrdən idxala diqqət yetirərək ticari alternativlər yaratmağa çalışacağını bildirib.

Türkiyə Statistika Təşkilatının məlumatına görə, 2023-cü ildə Ankara ilə Təl-Əviv arasında ticarət dövriyyəsi 6,8 milyard dollar təşkil edib ki, bunun da 76 faizi Türkiyənin ixracatı olub.

Keçən ay Türkiyə Qəzzanın işğalı səbəbindən armaturdan yastı poladdan, mərmərdən keramikaya qədər 54 məhsul qrupunun İsrailə ixracını məhdudlaşdırdı.

Xəbəri paylaş

VİDEOLAR