Fələstinin Qurtuluş Xalq Cəbhəsi helikopter qəzasında şəhid olan İran prezidenti Seyid İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti üçün başsağlığı mesajı yayımlayıb.
Az.rasthaber.com xəbər verir ki, yayımlanan mesajda aşağıdakı ifadələr yer alıb:
“İran prezidenti İbrahim Rəisi və ətrafının itkisinə görə kədərlənirik və İranın bu çətinliyin öhdəsindən gələcəyinə əminik. Bu böyük itki və ağrılı hadisəyə görə İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.
Biz İranın mərhum prezidentini yad edir və təsdiq edirik ki, o, həyatını ölkəsinə xidmətə həsr edib, prezidentliyi dövründə İran İslam Respublikasının bütün sahələrdə inkişafına töhfə verib, onu regional və beynəlxalq səviyyədə mühüm və nüfuzlu gücə çevirib. O, həmçinin Fələstin davası və Fələstin müqavimətini dəstəkləmək üçün, xüsusilə də Əl-Əqsa tufanı döyüşündə əhəmiyyətli səylər göstərdi.
Biz İran xalqı və rəhbərliyi ilə tam həmrəy olduğumuzu bildirir və İran İslam Respublikasının bu çətinliyin öhdəsindən gələcəyinə və prezident və digər rəsmilərin buraxdığı böyük boşluğu dolduracağına qəti inancımızı bildiririk”.