HƏMAS Misirin paytaxtı Qahirədə iki gündür davam edən Qəzzada atəşkəs və qarşılıqlı məhbus mübadiləsi danışıqlarının sona çatdığını açıqlayıb. Həmas da atəşkəs cavabını Misir və Qətərə çatdırdığını açıqlayıb.
İslam Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısının yekun bəyannaməsi açıqlanıb. Yayımlanan bəyannamədə işğal altındakı İsrail tərəfindən Fələstinə qarşı soyqırım və insanlığa qarşı cinayətlərin qarşısının alınması üçün tədbirlər görülməsinə qərar verilib. Fələstinlilərin İsrailə qarşı müdafiəsinin təmin edilməsi qərara alınıb.
ABŞ-da universitetlərdə Fələstinə dəstək nümayişlərində təxminən 2500 nəfərin saxlanıldığı bildirilib.
Rusiya Müdafiə Nazirliyi Rusiya Hərbi Hava Qüvvələrinin Suriyanın Homs səhrasında 2 terrorçu bazasını məhv etdiyini açıqlayıb.
Qazaxın Xeyrimli kəndində mina təmizləmə işləri zamanı erməni istehkamçı minaya düşüb.
Sionist İsrail qüvvələrinin Rəfah və Qəzza zolağının mərkəzi hissəsində məcburi köçkünlərin yerləşdiyi məktəb yaxınlığında həyata keçirdiyi hücumda çoxlu fələstinli şəhid və yaralanıb.
Polşanın xarici işlər naziri Radoslav Sikorski Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək təklifinə münasibəti ilə bağlı sualdan yayınıb.
Sionist rejim ordusunun 212 gündür hücumlarını davam etdirdiyi Qəzza zolağında şəhidlərin sayı 34 min 683-ə yüksəlib.
Adı açıqlanmayan Həmas rəsmisi Misirin paytaxtı Qahirədə keçirilən əsir mübadiləsi və atəşkəs razılaşması danışıqları ilə bağlı açıqlama verib.
İsrail ordusunun oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində 10 min insanın itkin düşdüyü və ya dağıntılar altında qaldığı bildirilib.