"Avropa siyasi liderləri müharibə psixozundan əziyyət çəkirlər"

Ukrayna münaqişəsində ən azı bir Avropa ölkəsinin iştirakı Rusiya ilə birbaşa toqquşmaya və Üçüncü Dünya müharibəsinin başlamasına gətirib çıxaracaq.

Az.rasthaber.com "Axar.az"a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Avropada fövqəladə vəziyyət yaranıb: orada müharibə gedir. Əgər ən azı daha bir Avropa ölkəsi bu müharibədə iştirak etsə, bu, dünya müharibəsi təhlükəsi yaradacaq, çünki sözügedən ölkə mütləq NATO-nun üzvü olacaq və əgər NATO üzvü Rusiya ilə birbaşa münaqişəyə girərsə, onda bunun aşkar nəticəsi yeni dünya müharibəsinin başlaması olacaq”, - deyə XİN rəhbəri bildirib.

Siyarto həmçinin xəbərdarlıq edib ki, Avropa siyasi liderləri müharibə psixozundan əziyyət çəkirlər.

Xəbəri paylaş

VİDEOLAR