İsrail ordusu Rəfahda qətliam törətdi, BMT-nin binasını bombaladılar

İsrail ordusu Rəfahda qətliam törətdi, BMT-nin binasını bombaladılar

Sionist İsrail qüvvələrinin Rəfah və Qəzza zolağının mərkəzi hissəsində məcburi köçkünlərin yerləşdiyi məktəb yaxınlığında həyata keçirdiyi hücumda çoxlu fələstinli şəhid və yaralanıb.

Sionist İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə təşkil etdiyi hücumda aralarında uşaqların da olduğu 6 nəfər şəhid olub.

Şahidlərdən alınan məlumata görə, sionist İsrail qüvvələri Rəfahın cənubundakı Yebna Qaçqınlar Düşərgəsindəki evi hədəfə alıb.

İlkin məlumata görə, hücumda aralarında uşaqların da olduğu 6 nəfər şəhid olub, yaralanıb.

Sionist İsraildə bir çox ifrat sağçı liderlər, xüsusilə də koalisiya hökumətinin ortağı olan nazirlər Ben-Qvir və Smotriç başda olmaqla bir çox sağçı lider HƏMAS-ın əlində olan israilli əsirləri geri almaq və atəşkəs imzalamaq əvəzinə, müharibənin davam etdirilməsi və ən qısa zamanda Rəfah şəhərinə hücumun başlanması barədə bəyanatlar verir.

Bildirilib ki, Smotriç və Ben-Qvir Qəzza zolağında Rəfah bölgəsinə qurudan müdaxilə olunmayacağı təqdirdə hökumətdən çəkilməklə hədələyiblər.

Digər tərəfdən, sionist İsrailin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) “Həmas tərəfindən istifadə etdiyi” iddiası ilə binanı bombaladığı bildirildi."

Sionist rejimin dövlət televiziyası KAN-da yayımlanan xəbərdə işğalçı İsrailin Qəzza zolağında UNRWA-ya aid binanı vurduğu və binanın “Həmasın hərbi komandanlıq mərkəzi” kimi istifadə edildiyi iddia edilib.

Sionist rejim döyüş təyyarələrinin Qəzzada köçkün ailələrin sığındığı iki məktəb yaxınlığında həyata keçirdiyi hücumlarda çoxlu sayda insan şəhid olub.

Sionist rejim bundan əvvəl də Qəzzada UNRWA mərkəzlərini hədəfə almışdı.

UNRWA-nın baş komissarı Filip Lazzarini bildirib ki, onun viza müraciəti İsrail hakimiyyəti tərəfindən iki dəfə rədd edilib və onun bölgəyə daxil olmasına icazə verilməyib.

Xəbəri paylaş

VİDEOLAR