"İranın İsrailə hücumunun əsas səbəbi Netanyahu və onun qaniçən administrasiyasıdır"

"İranın İsrailə hücumunun əsas səbəbi Netanyahu və onun qaniçən administrasiyasıdır".

Az.rasthaber.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın İsrailin səfirlik hücumuna cavab verməsinə münasibət bildirib.

“Qəzzada zülm və soyqırım dayanmayınca bölgəmizin yeni gərginliklərə hamilə olduğu aydındır. Düz 193 gündür bütün dünyanın gözü qarşısında Qəzza zolağında soyqırım törədən və ictimai təzyiqi azaltmaq üçün hər cür küstahlıq nümayiş etdirən Netanyahudan başqası deyil. Aprelin 13-nə keçən gecə ürəyimizi ağzımıza gətirən gərginliyin – İranın İsrailə hava hücumunun əsas səbəbi Netanyahu və onun qaniçən administrasiyasıdır. Türkiyə xüsusilə son 2 gündə Qəzzadakı qırğınları arxa plana keçirməmək üçün danışıqları artırıb. Alova yanacaq tökmək və Netanyahu rejimini ərköyünləşdirmək heç kimə xeyir gətirməyəcək”, -deyə Ərdoğan qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR