Rusiya Müdafiə Nazirliyi Rusiya Hərbi Hava Qüvvələrinin Suriyanın Homs səhrasında 2 terrorçu bazasını məhv etdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki ,SANA-nın məlumatına görə, Rusiyanın Suriyadakı Tərəflərin Barışıq Mərkəzinin rəis müavini, general-mayor Yuri Popov açıqlamasında deyib: “Rusiya ordusunun aviazərbələri zamanı Suriyanın İraq və İordaniya ilə sərhədində yerləşən Əl-Tənf bölgəsini tərk edərək Homs vilayətinin şərq çöllərində və Əl-Amurun əlçatmaz məntəqələrində gizlənən terrorçuların iki bazası hədəf alındı.".
General-mayor Popov həmçinin deyib:
“Əl-Tanf bölgəsində ABŞ-ın rəhbərlik etdiyi "Anti İŞİD koalisiyası" kimi tanınan koalisiyaya aid "F-15", Typhoon, Thunderbolt və "MC 12W" tipli kəşfiyyat təyyarələri tərəfindən hər gün 9 hava məkanı pozuntusu faktı aşkar edilir”.