Təxminən 10 illik fasilədən sonra Türk Hava Yolları (THY) gələn həftədən etibarən Liviyaya uçuşları bərpa edəcək.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Liviyanın baş naziri Dibeybə sosial media hesabında paylaşım edib.
THY-in Liviyaya uçuşlara başlamasının ölkəsindəki sabitliyin göstəricisi olduğuna diqqət çəkən Dibeybə, bu addıma töhfə verən Mülki Aviasiya Təşkilatına və ölkəsindəki bütün əlaqədar qurumlara təşəkkür edib.
THY-in baş direktoru Bilal Ekşi, sosial media hesabında "Liviyaya uçuşlarımız başlayır. Həftədə 3 dəfə uçuş həyata keçirəcəyik. Reyslər satışdadır", - paylaşımını edib.