Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

Vilayəti Fəqihə baxış və itaət

Vilayəti fəqih mövzusu: Mütləq itaət nədir? Şərtli itaət nədir? Məsum olmayana itaət necə olur?

Vilayəti Fəqih mövzusu tarix boyunca elmi otaqlarda, mədrəsələrdə və çox dar çərçivədə özəl dərslərdə dilə gətirilmişdir.

Xüsusi terminlərlə bəlli kəsimə xitab edən bu dərslər Vilayəti fəqihin sadəcə elmi və nəzəri baxımdan bəyan etməkdəydi.

Əməli bir xeyri, praktiki bir meyvəsi yox idi.

Vilayəti fəqih İslam inqilabı ilə praktikada İmam Xomeyninin şəxsiyyətilə tanınmışdır. 40 illik bir ömrü olan Vilayəti Fəqih hələ cəmiyyət səviyyəsində elmi olaraq tanıdılmamışdır.

Siyasi elmlərdə lazımi qədər açıqlanmamış, sadəcə təabbudivə təqlid olaraq qəbul edilməkdədir; şəxs baxımından qəbul görməkdədir. Yəni Vilayəti fəqih məqamının nə olduğu tanınmadan bu məqamda outran fəqih tanındı; Vilayəti fəqih İmam Xomeyninin həqiqi – özəl şəxsiyyətində təcəlla etdi və daha sonra Ayətullah Xameneinin rəhbər seçilməsilə günümüzə qədər yenə onun şəxsiyyətilə tanınmağa davam etdi.

Eynisini İmamət üçün də söyləmək mümkündür; İmamət idrak edilmədən imam tanındı. İmamət Həzrət Əlinin həqiqi – özəl şəxsiyyətində tanındı yəni İmamət – İmam ilə tanındı.

Buna görə, Vilayəti fəqih hələ elmi olaraq tanınmamışdır. Elmi miqyası sadəcə kitablarda və özəl dərslərdə həbs edilmişdir. Xalq arasında təabbudi və şəxs indeksli qəbul görməkdədir. http://az.rasthaber.com/

Təəssüf Vilayəti fəqih sistemi, Qərb dünyasının siyasi sistemi olan demokratiyanın gördüyü ilgi və sahib olduğu etibar qədər ilgi və etibara sahib deyildir. İslam dünyasında Vilayəti fəqih mənimsənməli və qəbul edilən səviyyəyə gəlməlidir. Bunun üçün fəqihin şəxsiyyətilə yanaşı Vilayət məqamı tanınmalıdır.

Məktəblərdə xüsusilə universitetlərdə “İslam siyasət doktrinası” olaraq oxudulmalıdır. Əks təqdirdə Vilayəti fəqihin siyasət doktrinası olaraq qəbul görülməsi uzun illər alacaqdır. Bəlkə də heç qəbul görməyəcəkdir.

Fəqihin vilayətinin özü tanınmaz isə Məsum İmamın imamət və vilayətinin praktikada edilmiş şəkli də tanınmayacaqdır. Vilayəti fəqih sisteminin  Həzrət Mehdinin (ə.f) zühuruna şərait hazırlanması buradan qaynaqlanmalıdır.

Günümüzdə bir tərəfdən fəqihin vilayətinin İslam siyasət doktrinası dairəsi içində araşdırılmaması və digər tərəfdən fəqihin vilayət dairəsinin genişliyində Qərb siyasət doktrinasından baxılması, Vilayəti fəqihə fərqli baxış bucaqları yaranmasına səbəb olmuşdur.

 

Bunlardan bəziləri:

  1. Vilayəti fəqih simvolik bir məqam olub nəzarət, nəsihət, yol göstərmə, irşad kimi vəzifələri vardır. Vilayəti fəqihə itaət əxlaqi olaraq lazımdır; Qurandakı irşad ayələri, peyğəmbər və məsumların nəsihət, məsləhət xarakteri daşıyan sünnət – müstəhəb əmrlər kimidir.
  2. Vilayəti fəqih islam dövlətində konstutusiyanın ona verdiyi səlahiyyət çərçivəsi qədərində məsuldur. Konstutusiya, digər qurumlara verdiyi səlahiyyət kimi ona da vəzifə vermişdir, Vilayəti fəqihə itaət etmək, prezidentdə, xarici işlər nazirinə və s. itaət etmək kimidir. Yəni əslində Vilayət fəqih də bir qurum kimidir ona itaət, islam dövləti konstutusiyasına itaət etməkdir. Kim konstutusiyanın xaricinə çıxarsa İslam dövləti konstutusiyasına itaət etməmişdir.
  3. Vilayəti fəqih, İslam dövlətində bütün qurum və quruluşların üzərində nəzarət və yoxlama səlahiyyəti və vəzifəsinə sahibdir. Bu dairə içində verdiyi əmrlərə itaət vacibdir. Bu vəzifənin xaricində verdiyi əmr və nəhylərə itaət vacib deyildir, tövsiyə və nəsihət olaraq dəyərləndirilməlidir.
  4. Vilayəti fəqih İslam dövlətnin ən uca vəzifə sahibidir. Bütün qurum və quruluşlar ona itaət etməlidirlər. Vilayəti fəqih konstutusiyadan yuxarı bir səlahiyyətə sahibdir. Vilayəti fəqih məsumun olmadığı dövrdə cəmiyyəti idarə edən və şərtlər yarandıqda cəmiyyətə hakim olan İslam dövləti sistemidir; hər qurum qanuniliyini ondan alır. Fəqihin vilayəti əslində fiqhin/şəriətin vilayəti olduğundan konstutusiyadan uca bir səlahiyyətə sahibdir. Xülasə - Vilayəti fəqih İmam Zamanın naibidir; cəmiyyəti idarəetmədə məsum imamın sahib olduğu bütün səlahiyyətə sahibdir.

Vilayəti fəqihə itaət dərəcəsi də aşağıdakı kimi sıralanır:

Vilayəti fəqihə itaət dərəcələri:

 

Mütləq itaət

 Mütləq itaət nədir? Müləq itaət sorğu-sualsız, şərtsiz itaət etməkdir. Bunun hikməti əmr sahibinin xətasız olub həm haqq, həm də höccət olduğuna görədir; istər bizim düşüncəmizlə uyğun olsun, istər olmasın. Əmr olunana itaət etməkdir. Allaha, Peyğəmbərə və məsum imama itaət vacibdir. Çünki onların əmrləri, nəhyləri və hər cür sözləri yalnış və xətadan uzaqdır, 100 faiz düzdür.

Məsumun əmrinə itaət edənlər də iki qismdir;

a)  Bəziləri məsumun sözünün haqq olduğuna inanır və iman edər; məsumun baxışı ilə öz baxışı ilə zidd olarsa, özünün yalnış düşündüyünü anlayar və təslim olar.

b)  Bəziləri məsumun əmrinə itaət edər, amma düzlüyünə inandığına görə deyil, günah etməmək üçün. Yəni məsumun əmri öz əqli ilə üst-üstə gəlməzsə düz olmadığını düşünür və günah etməmək üçün zahirdə itaət edər; bu insane itaət etmişdir amma tam təslim olmamışdır.

Məsumun qeybdə olduğu və Ona çatmaq imkanı olmadığı bir dönəmdə məsum olmayan amma alim və adil olan Vilayəti fəqihə itaətin mütləq olmasının hikməti isə onun sözünün höccət olduğuna görədir. Vilayəti fəqihə itaətin səbəbi “onun ədaləti və sözünün höccət olmasıdır”. Məsum imamın naibi olduğu və onun əmri olduğu üçün itaəti qeyd-şərtsiz vacib olur. Məsum imamların öz həyatlarında İslam əyalətlərinə göndərdikləri valilər kimidir.

Vilayəti fəqihə islam cəmiyyətinin öndərliyində itaət, ibadi mövzularda Mərcəi təqldə qeyd-şərtsiz fətvaları araşdırmadan itaət etmək kimidir.

Vilayəti fəqihə də cəmiyyəti idarəetmədə hansı sahə olursa olsun, nə əmr verərsə vesin itaət edilməlidir. Çünki məsumun naibi olduğu üçün itaət vacibdir. Cəmiyyətdəki ixtilaflarda problem həll edəcək bir mərcə olmalıdır, son sözü söyləyəcək bir məqam olmalıdır. Buna şəriətdə “Fəslul xitab” deyilir.

Vilayəti fəqihin əmri insanın qəli və məntiqi ilə üst-üstə düşməzsə itaət etməlidir. Əks təqdirdə itaət və təslimin mənası qalmaz.

 

Şərtli itaət

“Vilayəti fəqihin əmr və fikirləri əqlə uyğun olarsa itaət vacibdir. Yəni Vilayəti fəqihin əmirlərinin doğruluğu əql ilə ölçülür. Əql, Allahın verdiyi bir tərəzidir, onun təsdiqlədiyi hər şey doğrudur, onunla üst-üstə düşməyən düşüncə və fikirlər yanlış olduğu üçün itaəti vacib deyildir.

Məsum olmayan xəta edə bilər və xəta edə biləcək birinə mütləq itaət vacib olmaz. Vilayəti fəqih də məsum olmadığı üçün əmrlərinə əqlimizə uyğun olarsa vacib olur.”

Bu durumda Vilayəti fəqihin bütün əmrlrini insanlar öz ağılları ilə ölçəcəklər, dəqiqdir ki, hər kəsin ağlı ilə üst-üstə düşməyən fərqli fərqli əmrlər olacaqdır, hər kəs ağlına uyana itaət edəcək, uymayana itaət etməyəcəkdir. Belə bir vəziyyətdə də höccət insanın öz ağlı olur. Vilayəti fəqihin bir öndərliyi, liderliyi və vilayətinin mənası qalmaz .Nəticədə haqqaniyyəti qəbul edilmədiyi kimi höccəti də yox olur.

Vilayəti fəqihə itaəti vacin edən, onun əmrlərini öz düşüncələrilə üst-üstə düşmədiyini görənlər itaətsiz duruma düşməmək və günah etməmək üçün Vilayəti fəqihin əmrinə əməl etməməyi təfsir edirlər; Vilayəti fəqih məsum deyildir xəta edə bilər, Vilayəti fəqih yalnış məlumatlandırılmışdır, vilayəti fəqihin hər sözü əmr deyil, bəzən tövsiyədir, bu əmri verməyə məcbur qalmışdır, təmsilçilərinin fikiridir və s.

İnsanların Məsum imamlara itaətlərində də bu problemlər yaşanmışdır; imamların həyatlarında imamlara ağıl verənlərin sayı mini keçmişdir. Peyğəmbərlərə itaət mövzusunda da yaşanmışdır, hətta Allaha iman mövzusunda da eyni problem yaşanmışdır. Quran, bu düşüncəyə sahib olanların fikirlərini anladarkən buyurur; onlar dedilər ki, sənin bu dediklərin ağlığıza yatmır, sənin bu dediklərin anlaşılmır, yəni ağıl və məntiqlə anlaşılmır…

Bu qısa açıqlamadan sonra Müsəlmanlar üçün iki seçim var; ya Vilayəti fəqihi mərkəzə qoyaraq və özünü onun ətrafında dönərək özünü Vilayəti fəqihə qalxan edəcək və ya özünün ağlını mərkəzə qoyacaq və vilayəti-fəqihi özünə qalxan edəcəkdir.

Vilayəti fəqihi öz ağlına görə, şərh edən özünü mərkəzə qoyur və bu düşüncənin ətrafına fəqihin vilayət divarını hörür. İnşa etdiyi binanın mərkəzində özü var, fəqihin vilayət sərhədini özü təyin edir və özü balanslaşdırır.

Tərcümə Rasthaber Azərbaycan-a məxsusdur, istinad edilməlidir.

Xəbəri paylaş

Yazarın bütün yazıları