... Dünyanın gələcəyi ilə bağlı mövzular insanlar üçün həmişə maraqlı olmuşdur. Dünyanın gələcəyi necə olacaq, insanlıq hara gedir? Gələcəyin dünyasını kim təşkil edəcək? Hansı ideologiya insanların gələcəyini quracaq? – kimi sualların hələ cavabı verilməyib.
Mehdilik deyəndə ağıla insanlığın gələcəyi və dünyanın sonu gəlməkdədir.
Qlobal İmperialist gücün əmrində olan elm mərkəzləri, alimlər, strateji araşdırma mərkəzləri, media, film sektorunun son zamanlarda Mehdilik mövzusuna ciddi olaraq diqqət etmələrinin altında yatan həqiqi səbəb isə budur. Din mədəniyyətini hakim qılıb insanlığı qurtaracaq İlahi Layihənin Mehdilik olduğunu anlayıblar və bunun həyata keçməsindən qorxurlar.
Bundan sonra da Mehdilik mövzusu daha çox gündəmə çıxacaq kimi görünür. Bəzən inkar məqsədli, bəzən tədbir məqsədli, bəzən isə yoxlama məqsədli olaraq.
Beləcə Mehdilik inancını müdafiə edənlər üçün böyük bir fürsət doğmuşdur.
Mehdilik inancını inkar edənlərin hər hansı bir elmi və əqli dəlilləri yoxdur. Bəzilərinin qeybəttə var olan bir İmamın varlığını başa düşə bilməmələri onları inkara sürükləmişdir.Bəzilərini saxta Mehdilər çıxma ehtimalı yorduğundan inkara cürət etmişlər.
Amma bunlardan daha önəmli və ciddi olanı Mehdiliyin nə olduğunu bilən və özlərinə alternativ olaraq görənlərin qəsdən inkar etmələridir.
Mehdiliyi inkar etmək üçün təqdim olunan dəlillər:
1. Mehdilik inancı əfsanə və xürafatdır; İslamda belə bir inanc haqqında nə Quranda ayə vardır, nə də Mehdilik haqqında rəvayətlər səhih deyil. Uydurma və xurafatdan ibarətdir.
2. Keçmiş təhrif olunan və batil inanclardan İslama sızmış bir inancdır. Budizmdən Hinduizmdən, Yahudilik və xristianlıqdan İslama sızmışdır.
3. Mehdilik, aciz və əzilmiş təbəqənin özlərinə təskinlik vermələri üçün uydurduqları və ya əzilənlərə təskinlik vermək üçün bəzi güclərin uydurduğu bir inancdır.
4. Mehdilik inancını sui-istifadə edib saxta Mehdilər ortaya çıxaraq insanları istismar etməkdədirlər.
5. Mehdilik qlobal güc sisteminin alternatividir. Minlərlə illik bəşər təcrübəsinin qarşısında bir alternativ olmamalıdır.
Mehdilik inancını ən incə detallarına qədər əqli, şəri və elmi dəlilərlə isbat edib canlı tutan Şiəlik, inkar üçün təqdim edilən bu dəlillərə lazımi cavabları vermişdir. İnkar üçün təqdim olunan bu dəlillərin heç bir tutarlılığı və elmi təməli yoxdur. Bu dəlilləri təqdim edənlər tarix boyunca Mehdiliyin önündə dura bilməmiş və insanları bu inanca yönəltməkdən saxlamağa müvəffəq olmamışlar.
Mehdilik mövzusu üzərində şübhə yaratmaq məqsədilə gündəmə gətirilməsinin əsil səbəbi siyasidir. Günümüzdə Mehdilik mövzusu inkar ediləndə Mehdilik mövzusunun kəlam tərəfi gündəmə gətirilmir. Elm və araşdırma mərkəzlərində incələnın mövzunun dini mənbələrdən araşdırılmasından söz belə açılmır. Mövzu siyasətçilər tərəfindən gündəmə gətirilib inkara gedilirsə bu tamamən Mehdiliyin siyasi tərəfinə görədir.
Cəmiyyətlər yavaş-yavaş qlobal ədalət dövlətini danışmağa başlamışlar və variantlar üzərində fikir yürüdülür, alternativlər haqqında danışılmağa hazır durumdadırlar. Buna görə də bu nöqtədə Mehdiliyin gündəmə gəlməsi bu qədər önəm qazanır.
Mehdiliyin qarşısında əsil düşmən bəşər mənbəli sistemlərdir; tarixdə allahlıq iddia edən Firon və Nəmrudu Liberal demokratiyanın təməlini təşkil edən “Sekulyarizm və Humanizm” adı altında gündəmə təqdim ediblər.
Mehdiliyin inkar səbəbi dünyaya Qərb mədəniyyətini hakim etmək istəyən tağutların özlərinə alternativ görmələridir.
Bunun üçün zamanın saray alimlərinin vasitəsilə Mehdiliyi inkar etməyə cəhd edilməkdədir.
Mehdilik qlobal bir layihə olduğu üçün siyasi, mədəni, iqtisadi, elm-təhsil sahəsində insanın həyat manifesti olacaq qlobal təlimlərə sahibdir. Bunun qarşısında bu sahədə sadəcə özlərini məsul görən ideologiyalar Mehdiliyin İlahi layihə olduğunu əlbəttə, qəbul edə bilməzlər.
Mehdilik inancı qarşısında ən böyük təhlükə “sekulyarizm”dir. Günümüzdə sekulyarizm də özünə ən böyük düşmən olaraq Mehdiliyi görməkdədir. Sekulyarizm, bəşər cəmiyyətlərinin gələcəyə ümidlə baxmasını və insanların oyanıb gələcəyə ilahi layihə perspektivindən baxmasını əngəlləmək istəyir. Tohid nurunu əngəlləyən şirk sisteminin layihəsidir.
Mehdilik düşüncəsi peyğəmbərlik var olduğu gündən bəri var olmuş dini bir düşüncədir.
İnsanlıq tarixinin keçmişini gələcəyinə bağlayaraq gələcəyin necə şəkillənəcəyini bəyan edir; İnsanlıq tarixinin gələcəyini təyin edəcək qlobal sistemi də açıqlayır.
Tağutlar öz hakimiyyətlərini gücləndirib, müstəkbir (böyüklük iddiasında) mədəniyyətini qloballaşdırmaq üçün bir tərəfdən batil təlimlərlə sistemlərini gücləndirir, digər tərəfdən özlərinə alternativ gördükləri qlobal ilahi layihəni yox etmənin planını tökürlər.
Səqifədən, İntibah dövrünə təqib edilən yol həmişə eyni olmuşdur. Səqifədə Allahın təqdim etdiyi ilahi rəhbərlik, ilahi imamət qırağa atıldı. İntibah dövrdündə İlahi din qırağa atılaraq “sekulyarizm”in təməli qoyuldu.
Renesans dünyanı sekulyarlaşdırma prosesinin sistematik olaraq başlanğıc nöqtəsidir. O gündən günümüzə qədər ortaya çıxan inanclar inansın nə qədər cəhalət qaranlığında hərəkət etdiyini göstərməkdədir. Renesansdan sonra günümüzə qədər elm və tenologiyada çağlar keçən Qərb dünyası eyni nisbətdə cəmiyyətlərini atesitləşdirdi.
Elm və texnologiyada inkişaf edərək dünyəviləşərək Allahdan uzaqlaşdı. Sekulyarizmin şəkillənib qəbul görməsilə bəşəri cəmiyyətlərdə Allahı inkar edən inanclar törəyiblər.
Din və məzhəblərin yerinin olmadığı bir dünya qurma prosesinə start verilib.
Sekulyarizmin məhşur olduğu Qərb dünyasında insanların ateizmə yönəlmələrinin faizi getdikcə artmaqda və bəzi statistikalara görə günümüzdə Qərb xalqlarının 60 faizindən çoxu Allahı inkar etməkdədir.
Bütün dünya xalqları Tohiddən uzaqlaşdırılır.
Günümüzdə Qərb mədəniyyətinin diqqət nöqtəsini təşkil edən “humanizm” insanı Rəbbin yerinə qoyub Yaradanı inkar edir, şəriət isə qırağa atılaraq Allaha ehtiyac olmadığını bildirir.
Bunun qarşısında ən böyük maneə bir ilahi layihə olan Mehdilik inancıdır. Müsəlmanlara hakim tağut sistemlərinin Mehdiliyə din adı ilə qarşı çıxmaları, saray mollalarının din adına Mehdiliyi gündəmə gətirib inkara cəhd etmələri bir tərəfdən ilahi rəhmət olaraq görülə bilər. Beləcə Mehdiliyin həqiqi mahiyyəti və qlobal ilahi layihə olduğunu bəyan etmək fürsəti yaranır. Mehdiliyin sadəcə telogoyada deyil, sosiologiya baxımdan incələnməsi, siyasi sahələrdə araşdırılması qaçılmaz olur.
Dünyanın gələcəyi və insanlığın Qədərini təyin edəcək bir layihəni insanlara çatdırmaq, onlara təsir etmək üçün bir neçə rəvayət kifayət etməyəcəyi məlumdur. İmperialistlərin “Qlobal inkar layihəsi”nin qarşısında müvəhhidlərin “Qlobal təsir layihəsi” təqdim olunmalıdır.